Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Qarabağın qaytarılması şərti – AÇIQLANDI

Kremlin ideoloqu, Rusiyada Avrasiyaçılıq ideyasının banisi Aleksandr Duqin Qarabağın Azərbaycana qaytarılmasının şərtlərini dolayısı ilə açıqlayıb. 

Publika.az xəbər verir ki, Duqin Dağlıq Qarabağ münaqişəsinin indiki halda həll edilməyəcəyini iddia edib: “Əgər Azərbaycan və Ermənistan Avrasiyaya daha çox inteqrasiya xəttini əsas tutarsa, o zaman biz (Rusiyanı nəzərdə tutur-red) münaqişənin həlli ilə bağlı fəal işə başlaya və problemin aradan qaldırılması üçün hüquqi yollar təklif edə bilərik. Ermənistan artıq Avrasiyaya doğru inteqrasiya edir, gərək Azərbaycan da bunu etsin. Yalnız o halda nəsə edə bilərik”.

Əks təqdirdə, Kremlin ideoloqu münaqişənin həll edilməyəcəyini açıq şəkildə bəyan edir.
“İndiki status-kvo Rusiyaya sərf edir”, – deyə o bildirir.
Onun sözlərinə görə, münaqişənin eskalasiyası heç bir tərəf və regional güclərə sərf etmir: “Hətta Türkiyənin özünə belə müharibə sərfəli deyil”.

Duqinin iddiasına görə, Qarabağda müharibəni yalnız amerikalılar istəyir: “Onlar Rusiyanı regionda daha çətin vəziyyətə salmaq niyyətindədirlər”.

Kremlin ideoloqu açıq şəkildə bildirir ki, Qarabağda müharibə başlayacaqsa, Rusiya Ermənistanı müdafiə etməyəcək.

“Müharibə Rusiyaya sərf etmir. Ermənistan Rusiya ilə strateji müttəfiqdir və hərbi yardım haqda müqavilələr var. Amma Rusiya regional maraqlarına görə, onu dəstəkləyə bilməz. Buna görə də Moskva təcili şəkildə münaqişəni həll etmək niyyətindədir”, – deyə o bildirib.

Duqin Azərbaycana Gürcüstan versiyasını xatırladır və onun fikirləri daha çox təhdidə bənzəyir.

“Qarabağ Azərbaycanın ərazisidir. Bunu Rusiya daxil olmaqla bütün beynəlxalq ictimaiyyət qəbul edir. Lakin reallıq başqadır. Baxın, beynəlxalq ictimaiyyət Cənubi Osetiyanı və Abxaziyanı da Gürcüstanın tərkib hissəsi kimi tanıyır. Lakin regionda Rusiyasız hərəkət etmək belə nəticələr doğura bilər. Bura Cənubi Qafqazdır və 2008-ci ildə Gürcüstanda yaşananlar Qarabağ münaqişəsi tərəflərinin gözü önündə oldu. Əgər Qarabağda müharibə başlayacaqsa, biz müdaxilə etməyə məcbur olacağıq. Fikrimcə, Dağlıq Qarabağ həlli olmayan münaqişələrdəndir, xüsusilə indiki məqamda bu mümkün deyil”, – deyə o bildirib.
Kremlin ideoloqu münaqişənin həlli üçün şərt irəli sürür və bildirir: “Bu, Azərbaycanın daha çox Avrasiyaya inteqrasiyasından asılıdır. Ermənistan artıq bu yoldadır. Əgər Azərbaycan da eyni istiqaməti seçərsə, biz problemin həlli üçün hüquqi təkliflər irəli sürə və daha fəal çalışa bilərik.
Duqin sülhməramlıların Qarabağa yerləşdirilməsi haqda danışarkən belə planın olmadığını iddia edib. Lakin onu da qeyd edib ki, əgər bu baş verərsə, yalnız qırğının qarşısının almağa yardım edə bilər: “Təsəvvür edin, BMT sülhməramlıları bölgəyə gələrsə, azərbaycanlıları öz ərazilərinə qaytaracaq. Lakin bu yeni müharibənin əsasının qoyulması deməkdir. Yalnız Rusiya qoşunlarının bura yerləşdirilməsi müharibəyə son qoya bilər. Rusiya qoşunları Qarabağa yerləşərsə, əminəm ki, buradan hər kəsi çıxaracaqlar. “Lavrov planı”nda rayonların Azərbaycana qaytarılması məsələsi sadəcə diplomatik manevrdir. Geosiyasi nöqteyi-nəzərdən Rusiya yalnız Dağlıq Qarabağda status-kvonun saxlanılmasında maraqlıdır”.

Və Duqin sonda etiraf edir: “Biz münaqişədə maraqlıyıq”.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Müdafiə Nazirliyi: “Ermənistan tərəfi yeni təxribatlar hazırlayır”

%d bloqqer bunu bəyənir: