24 saat

‘Qarabağ’ın futbolçusundan nümunəvi hərəkət – VİDEO

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində baş tutan “Qarabağ” – “Höteborq” oyununda maraqlı hadisə baş verib.

Apasport.az xəbər verir ki, epizodların birində zədələnən qonaq komandanın futbolçusu Mikael Boman görüşü davam etdirə bilməyib.
Həkimlərin müdaxiləsindən sonra futbolçunun xərəklə meydançadan kənara çıxardılması zamanı xərəyi daşıyan uşaqlardan biri yıxılıb. Bunun nəticəsində həmin uşağın da ayağı zədələnib. Belə olan məqamda isə “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli köməyə çatıb.
Təcrübəli albaniyalı oyunçu əsl “fair-play” nümunəsi göstərərək rəqib həkimlərə oyunçunun kənara çıxaraılmasına kömək edib. Onun bu hərəkəti stadiondakı fanatlar tərəfindən alqışlarla qarşılanıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: