Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Qarabağın ən son fotoları yayıldı

Fotomüxbir şəkillərin köməyi ilə təəssüratlarını bölüşüb. O, Dağlıq Qarabağı müxtəlif istiqamətlərdən lentə alıb. Şəkillərin bəzisi Dağlıq Qarabağa helikopterlə uçuş zamanı, bəziləri erməni əsgərləri ilə görüş zamanı çəkilib. Həmin şəkilləri sizə də təqdim edirik.

Ötən gün də BBC-nin əməkdaşı Tom Burridge cəbhə xəttindəki vəziyyətlə bağlı geniş məqalə hazırlayıb. Tom Burridge yazır ki, yerli və xarici jurnalistlər dağılmış və yandırılmış binaları görmək üçün bir neçə kənddə və iki xəstəxanada oldular.

Onlar burada yaşayan sakinlərin vəziyyəti ilə tanış olub, onlardan müsahibə alıblar.

Məqalədə Ermənistan silahlı qüvvələrinin artilleriya zərbələri nəticəsində dağılmış evlərin, ziyan çəkmiş mülki şəxslərin və xəstəxanada müalicə olunan yaralıların fotoşəkilləri də yer alıb.

BBC-də cəbhə bölgəsindən bəhs edən məqalə

Bir neçə gün əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə yerli və xarici KİV-in təmsilçiləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhə xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrinə endirdiyi artilleriya zərbələri nəticəsində mülki əhaliyə dəyən ziyanın nəticələri ilə yerində tanış olmaq üçün həmin kəndlərə səfər ediblər.

Cəbhə bölgəsində yola düşən xarici media nümayəndələri arasında BBC, “Reuters”, “Bloomberg”, “France-Presse”, “RİA Novosti”, “Anadolu”, TRT, İHA, “Cihan”, “Rossiya 24” kanalının əməkdaşları, israilli media eksperti Arye Qut və s. var. Moldovanın keçmiş ombudsmanı Aurelia Qriqoriu da heyətdə təmsil olunub.

Dağlıq Qarabağ (qırmızı rənglə göstərilib)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Akif Çovdarov Tağı Əhmədovdan 3 milyonu necə və harada alıb…

%d bloqqer bunu bəyənir: