Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Qarabağdan yeni erməni hücumu

Bu gün səhər İrəvanda Almaniya xarici işlər naziri Frank Valter Ştanmayer ilə görüşmüş Qarabağ seperatçıları blokada üzündən işğal zonasındakı əhalinin təhsil və sərbəst hərəkət hüquqlarının pozulduğunu iddia ediblər.

ANS PRESS-in məlumatına görə, özünü işğal zonasının xarici işlər naziri kimi təqdim edən Karen Mirzoyan İrəvanda jurnalistlərə bildirib ki, bununla bağlı Frank Valter Ştanmayerə xüsusi məlumat zərfi təqdim ediblər:

“Biz bildirdik ki, danışıqlar prosesində yaranmış durumdan, status-kvonun saxlanıb-saxlanmamasından asılı olmayaraq Qarabağ camaatının humanitar ehtiyaclarının olduğunu və bunların təmin edilməsinin lazım olduğunu bildirdik. ATƏT ciddi beynəlxalq təşkilatdır, onun funksiyalarına əhatə etdiyi ərazidə yaşayan xalqların humanitar məsələləri də daxildir və bu istiqamətdə addımlar atmalıdır. Məsələ bundadır ki, blokada nəticəsində Dağlıq Qarabağ camaatının  hüquqları – təhsil və sərbəst  hərəkət hüquqları, həmçinin bir sıra başqa hüquqları pozulur. ATƏT  bu istiqamətdə rol oynaya bilər”.

Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması

Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ANS PRESS-ə müsahibəsində  Karen Mirozoyanın bu iddialarının əsassız olduğunu  bildirib:

“Dağlıq Qarabağın erməni icmasının blokadaya salınması barədə Karen Mirzoyanın iddiaları doğru deyil. Rəsmi Bakı daima Dağlıq Qarabağın erməni icmasının Azərbaycana inteqrasiyası istiqamətində addımlar atır. Lakin Dağlıq Qarabağın erməni icması görüşə gəlmir”.

Əslində, Dağlıq Qarabağın blokadası Ermənistan işğalının nəticəsidir. 1990-cı illərin əvvəllərində Azərbaycanın hazırlıqsız olmasından istifadə edən Ermənistan Dağlıq Qarabağı və ətrafındakı rayonları işğal etdikdən sonra regionda yaşayan ermənilərin hərəkət azadlığını məhdudlaşdırıb. Uzun müddət Dağlıq Qarabağ ermənilərinin bölgəni tərk etməsinə məhdudiyyət qoyulub. Qarabağ erməniləri avtobus və minik avtobusları ilə Ermənistana yalnız xüsusi icazə ilə buraxılıblar. Aldadılaraq işğal edilmiş rayonlara yerləşdirilmiş Ermənistan sakinlərinin də sənədləri əlindən alınıb ki, regionu tərk edə bilməsinlər. Aprel döyüşlərindən sonra bu qaydalar daha da sərtləşib və Qarabağda qeydiyyatda olmayan Ermənistan sakinləri də regionu tərk edə bilmirlər.

Lakin buna baxmayaraq Dğalıq Qarabağ erməniləri müxtəlif yollarla – təhsil və maliəcə adı alıtında, yaxud qeyri- rəsmi şəkildə bölgəni tərk ediblər, indi işğal zonasında qalan 60 min erməninin böyük hissəsi Ermənistandan gələnlərdir. Ermənistandan gələnlər əsasən hərbçilər və onların ailə üzvləridir, bəzi ailələrin başçıları isə Birinci Qarabağ müharibəsində iştiraklarına görə torpaq sahəsi ilə “mükafatlandırılıblar”.

Frank Valter Ştanmayer  İrəvanda

Frank Valter Ştanmayer İrəvanda

Ən maraqlısı odur ki,  Ermənistandan gəlmiş ailələrin, eləcə də Suriyadan bölgəyə yerləşdirmiş əksəriyyətinin Ermənistan pasportu var.  İşğal rejimində vəzifə tutan, təhsil və müalicə məqsədi ilə başqa ölkələrə gedən Dağlıq Qarabağ sakinləri də Ermənistan pasportu ala bilirlər. Elxan Şahinoğlunun sözlərinə görə, bu məsələdə Dağlıq Qarabağın postsovet məkanının digər seperatçı zonalarından heç bir fərqi yoxdur:

“Abxaziyada və Osetiyada seperatçıların hamısına Rusiya pasportu verilir, Qarabağda isə Ermənistan pasportu. Münaqişələr həll edilməyənə qədər bu belə də qalacaq. Dağlıq Qarabağ əhalisinin bütün hüquqları yalnız Ermənistan ordusu işğal etdiyi ərazilər tərk etdikdən sonra təmin edilə biləcək. Hələ ki, işğalçı Ermənistan ordusu buna ciddi-cəhdlə mane olur”.

Əslində, Karen Mirzoyanın dediklərinə status-kvonun dəyişdirilməsi istiqamətində gedən danışıqlara İrəvanın yeni maneçiliyi kimi baxmaq olar. Belə görünür ki, Ermənistan status-kvonun dəyişdirilməsinə mane olmaq üçün yeni tələblər paketi hazırlayıb və Azərbaycan diplomatiyasının əsas işlərindən biri bu tələblərin əsassız olmasını sübut etməkdir. İşğalçı Ermənistan üzərində tam qələbə naminə döyüşlərdəki uğurlarla yanaşı, hüquq müstəvisində də uğurlar vacibdir.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

“Aprel döyüşlərinin davamı gəlməlidir”

%d bloqqer bunu bəyənir: