Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Qarabağ”dan milyonluq transfer

“Qarabağ” növbəti transferini reallaşdırmağa çox yaxındı. Sport7.az xəbər verir ki, ağdamlılar bir müddət əvvəl Kiprin “Anortosis” klubundan danışığa başladığı Dino Ndlovu ilə razılıq əldə edib.

Qarşıdakı günlərdə Dinonun Bakıya gələcəyi gözlənilir. Əldə etdiyimiz özəl məlumata görə, tərəflər arasında 2 illik sözləşmə imzalanacaq. Bizdə olan bilgiyə görə, afrikalı forvard hər ili üçün 350 min avro maaş alacaq. Bu isə 2 ilə 1 milyon 252 min manat deməkdi.

Qeyd edək ki, Cənubi Afrika Respublikası millisinin üzvü ötən mövsüm meydana çıxdığı 28 qarşılaşmada 16 dəfə rəqib qapıçıları məyus edib

Sport7.az

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Olimpiya oyunları ilə bağlı şok iddia – Qadın kişi çıxdı+Foto

%d bloqqer bunu bəyənir: