“Qarabağdakı hadisələr dünya müharibəsinə səbəb olacaq” – Jirinovski (VİDEO)


“Azərbaycan Türkiyənin sözü ilə Qarabağda savaş edir. Biz isə Ermənistana hücumu dəf etməyə kömək edirik”. ANS PRESS-in məlumatına görə, bu iddianı Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Vladimir Solovyevla bazar gecəsi” televiziya verilişində səsləndirib.

Partiya üzvi özünəməxsus şəkildə əlavə edib ki, müharibədə Rusiya Ermənistanı, Türkiyə isə Azərbaycanı müdafiə edəcək.

Siyasətçinin sözlərinə görə, İran da bu müharibədə Ermənistanın tərəfində olacaq, çünki bu iki ölkə arasında yaxşı münasibətlər var. “Bundan başqa, İran Türkiyə ilə yola getmir. Rusiya isə bu arada Ermənistana kömək etmək məcburiyyətindədir, çünki onun ordusu orada yerləşir.

Əslində, bu vəziyyət ABŞ tərəfindən Rusiyanın vəziyyətini çətinləşdirmək üçün atılan bir addımdır. Amma onlarda heç nə alınmayacaq”, – deyə Jirinovski qeyd edib.

Siyasətçinin fikrincə, Qafqazda, Donbasda lokal müharibələrin artması və Mərkəzi Asiyada taliblərin hücum təhlükəsi, yeni dünya müharibəsinin başlanmasına səbəb ola bilər.

Cümhuriyyət.az Jirinovskinin çıxışını təqdim edir. RLDP sədrinin qeyd edilən məsələ ilə bağlı çıxışını 38-ci dəqiqədən sonra izləyə bilərsiniz.

Qarabağda son döyüşlər aprel ayının 2-də başlayıb. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

Döyüşlərdə ermənilərə məxsus hərbi texnikalar – tanklar və artilleriya qurğuları məhv edilib, yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb, düşmənin bir batareyası darmadağın edilib. Strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.

Aprelin 5-də saat 12:00-da Azərbaycanın Müdafiə Nazirliyinin verdiyi məlumata görə, hər iki tərəfin razılığı ilə atəşkəs elan olunub.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Taleh Bağırovun müavini daha 11 maddə üzrə ittiham olunur

%d bloqqer bunu bəyənir: