Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Qarabağda yeni müharibə iyunda başlayacaq” – Tomas de Valldan şok iddia

“Aprel müharibəsi Qarabağ münaqişəsinin donunu açdı. Atəşkəs haqda yeni razılaşma əldə olunsa da, artıq o da pozulub. Məsələni çox şişirtmirəm, amma fikrimcə, Ermənistan və Azərbaycan “yeni Bosniya” münaqişəsinin iki-üç addımlığındadır. Bu müharibə isə bütün region üçün zərərli ola bilər”.
Publika.az xəbər verir ki, bu barədə “Karnegi” fondunun Cənubi Qafqaz və Asiya üzrə eksperti, britaniyalı jurnalist Tomas de Vall “Politico Europe” nəşrində dərc olunan məqaləsində yazıb.
Onun sözlərinə görə, atəşkəs haqda saziş son bir neçə il ərzində yüksək gərginlik altında idi: “Apreldə bu partladı və döyüş nəticəsində Azərbaycan Ordusu itirilmiş ərazinin müəyyən hissəsini azad etdi. “Dördgünlük müharibə” azərbaycanlıların həm də qürurunu bərpa etdi, hansı ki, onlar indiyə qədər özlərini məğlub hiss edirdilər. Ölkədə böyük vətənpərvərlik dalğası ortaya çıxdı”.
T. Vall hesab edir ki, hər iki tərəfin böyük silah arsenalı var və yeni toqquşma I Qarabağ müharibəsindən daha dəhşətli ola bilər.
“Bakı Türkiyə, İrəvan isə Rusiya ilə hərbi müqavilələrə istinad edə bilər. Amma fikrimcə, bu ölkələr müharibədə iştirak etmək istəmirlər. Bundan başqa, bir neçə məqama görə də narahatlıq artır. Misal üçün, qonşu Gürcüstanda ermənilər və azərbaycanlılar yaşayırlar. Onların toqquşma ehtimalı var. Digər tərəfdən, Bakı-Tiflis-Ceyhan boru kəməri müharibənin ola biləcəyi regionun yaxınlığından keçir və o, istənilən an hədəf ola bilər”, – deyə analitik diqqətə çatdırıb.
Ekspertə görə, Azərbaycan yeni danışıqlar istəyir və bunun üçün əlindəki vasitələrlə təzyiq edir: “Ermənistan isə boyun qaçırır. Burada biz Rusiya faktorunu görürük. Halbuki, Rusiya münaqişəni həll etmək və yeni müharibənin qarşısını almaq iqtidarında görünmür. Bakı kimi İrəvanda da Rusiyanın təşəbbüslərində şübhə ilə yanaşırlar. Rusiya regiona sülhməramlılarını yerləşdirməklə hər iki tərəf üzərində nəzarəti ələ ala və öz təsirini gücləndirə bilər. Hesab etsək ki, vəziyyət gərginləşəcəyi təqdirdə, Rusiya bunun öhdəsindən gələcək, o zaman səhv edərik. Burada Birləşmiş Ştatlar və Fransa nəsə etməlidir. Təəssüf ki, indiyə qədər heç bir tarazlaşdırılmış beynəlxalq plan təklif edilməyib”.
T. Valla iddia edir ki, əgər münaqişənin həllində tezliklə irəliləyiş olmayacaqsa, müharibə yenidən başlayacaq.
“Ehtimal ki, yeni müharibə iyunun sonunda başlayacaq”, – deyə o iddia irəli sürür.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

İrəvanın təhlükəli oyunlarına diqqət yetirilməlidir – İsrail nəşri

%d bloqqer bunu bəyənir: