Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
armenak

Qarabağda öldürülən erməniyə Türkiyədə abidə ucaldılıbmış – ERMƏNİ VƏ PKK TƏXRİBATI

Türkiyənin Dersim bölgəsinin Nazımiye mahalında Ermənilərin qondardığı “soyqırım”ın 100-cü ildönümü ərəfəsində TİKKO (Türkiye İşçi Köylü Kurtuluş Ordusu – Türkiyə Fəhlə Kəndli Qurtuluş Ordusu) rəhbərlərindən Armenak Bakırcıyana aid abidə məzarın açılışı olub.

Nazımiye mahalı Xarik kəndində ucaldılan abidə məzarının 26 Aprel 2016-cı ildə baş tutub.  Açılışda HDP-dən olan millət vəkilləri iştirak edib. Bundan əlavə Türk tarixinə zərbə vurmaq məqsədi ilə ucaldılan “abidə”nin açılışında Yunanıstan və Fransadan da erməni diasporasının üzvləri iştirak edib.

Nazımiye mahalı Perisuyu çayı üzərinə qurulan Pembelik Suanbarının sahilində inşa edilən abidənin üzərində “Armenak Bakırcıyan, Hrant Dink, Manuel Demir, Nubar Yalımyan, Kevork Çavuş, Monte Melkonyan, Antranik Uzunyan .. adsız mezarsız bütün qəhrəmanlara” yazısı həkk olunub.

Xatırladaq ki, həmin abidə üzərində adı olan Monte Melkonyan Azərbaycana qarşı Ermənistanın apardığı silahlı terrorda iştirak edib.

Monte Melkonyan kimdir?

Loading…

Monte Melkonyan 1957-ci il noyabrın 25-də ABŞ-ın Kaliforniya ştatında anadan olmuşdur. Berkli universitetini arxeologiya ixtisası üzrə bitirmişdir. 1978-ci ildən Livanda gedən vətəndaş müharibəsində, sağ xristian qüvvələrin tərəfində döyüşmüşdür. Bundan sonra Türkiyə ordusuna qarşı PKK-nın həyata keçirdiyi əməliyyatlarda iştrak etmişdir. 24 sentyabr 1981-ci ildə Melkonyan Parisdəki Türkiyə səfirliyinə hücum təşkil etmişdir. Həmin ilin noyabrında Fransa polisi onu həbs etmiş, həbsi zamanı üstündən saxta sənədlər aşkar olunmuşdur. Melkonyanın həbsinə cavab olaraq ASALA bir neçə terror hadisəsi törətmiş və sonda Fransa hökuməti Melkonyanı Livana deportasiya etmişdir. Lakin bir müddət sonra o saxta sənədlərlə yenə də Fransaya qayıtmışdır. Bu müddət ərzində o fələstinli azadlıq döyüşçüsü Əbu Nidal ilə sıx əlaqə saxlamışdır.

1983-cü ildə Melkonyan Parisdəki Orli hava limanında, Türk hava yolları şirkətinin kassaları qarşısında partlayış təşkil etmişdir.Nəticəsində 5 nəfər həlak olmuş, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. 1985-ci ildə o Fransa polisi tərəfindən yenidən həbs olunmuş və teror aktının təşkilində günahkar bilinərərk 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Lakin Melkonyanın cəzaçəkmə müddəti müəmmalı şəkildə azaldılmış və o 1989-cu ildə azadlığa buraxılaraq Fransadan Yəmənə deportasiya edilmişdir. Ancaq orada çox qalmayıb saxta sənədlərlə yenidən Avropaya gələrək bir muddət orada yaşamışdır.
1990-cı ildə Melkonyan Ermənistana gəlmiş və Azərbaycanın Dağlıq Qarabağ ərazisinə getmişdir. Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı Ermənistan ön cəbhə dəstələrinin birinin komandiri olmuşdur. 12 iyun 1993-cü ildə Ağdam rayonunun Mərzili kəndi ətrafında Azərbaycan Silahlı Qüvvələrinin 708 saylı briqadanın əsgərləri tərəfindən məhv edilmişdir.

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

5 sualda Elçibəy testi – VİKTORİNA

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: