Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Qarabağda döyülən “deputat”la bağlı Ermənistanda gərginlik artır

Musavat.com qondarma “DQR- də ara qarışdı” yazısında general Samvel Babayanın qondarma müdafiə naziri təyin edilməsi tələbi ilə 1000 nəfərlik mitinqin təşkil edildiyi barədə məlumat vermişdi.

Bu gün erməni saytları dünənki mitinqin təşkilatçısı, qondarma DQR-in parlament deputatı Ayk Hanumyanın naməlum şəxslər tərəfindən döyüldüyü barədə məlumat yayıb.

Qondarma deputatı xəstəxanada ziyarət edən Samvel Babayan deyib ki, Hanumyanın vəziyyəti normaldır, yalnız burnu və qabırğaları sındırılıb. Xanumyan Samvel Babayana deyib ki, onu döyən şəxslər tələb edirmiş ki, mitinqi Samvel Babayandan aldığı pul müqabilində təşkil etdiyi haqqında ərizə yazsın.

Lragir.am-ın tanınmış şərhçisi Naira Ayrumyan insidentlə bağlı köşə yazısında işğalçı ölkə və işğal altında olan ərazilərdəki siyasi rejimi xarakterizə edən şərh yazıb.

“Ayk Hanumyan toxunalmazlığa və xalqın mandatına malik deputatdır. Və erməni hüquq mühafizə orqanları təcili şəkildə ona divan tutmaq qərarının kimi ağlına gəldiyini araşdırmalıdırlar” – deyə o, bildirib.

Belə görünür ki, Ermənistanda və qondarma DQR –də kadr məsələləri heç də ictimai rəyin təsiri ilə həll edilmir. Bu məsələlər bir qayda olara sui-qəsdlər və ya çevrilişlər vasitəsilə həll edilir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Bakıda şok olay: həkim hamilə qadını əməliyyatxanada qoyub qaçdı

%d bloqqer bunu bəyənir: