Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
104323

Qarabağda başkəsən general hakimiyyətə gəlir…

Dağlıq Qarabağdakı qondarma “rejimdə” kadr dəyişikliyi baş verib.
“Deputat” Vitali Balasanyan “təhlükəsizlik şurası”nın katibi təyin olunub. İndiyə qədər bu vəzifəni tutan Viktor Köçəryan isə Balasanyana müavinlik edəcək.

Vitali Balasanyan keçmiş səhra komandiridir, işğal altındakı Əsgəran rayonundandır və Qarabağ müharibəsi dövründə azərbaycanlı mülki əhaliyə qarşı xüsusi qəddarlığı ilə seçilən, “başkəsən” imici qazanan biridir. General-mayor rütbəsi daşıyır, erməni ordusunun birləşmələrindən birinə komandirlik edib. Sonradan Balasanyan özlərini qalib obrazında görən digər səhra komandirləri kimi siyasətə atıldı və 2012-ci ildə Dağlıq Qarabağda keçirilən “prezident seçkilərində” namizədliyi irəli sürdü. Balasanyan həmin “seçkiləri” KQB agenti kimi tanınan Bako Saakyana uduzub. 2013-cü ildə isə ona sui-qəsd həyata keçirilib.

167070_src

Bəzi versiyalara görə baş tutmayan bu sui-qəsdin arxasında Saakyan dayanırdı, digər ehtimallara görə onu Ermənistandakı rejimi Qarabağ məsələsinə görə sərt tənqid etdiyi üçün aradan götürmək istəmişdilər. Çünki Balasanyan özünün radikal mövqeyi ilə tanınır, vaxtaşırı olaraq Ermənistan hakimiyyətini “DQR”-in iştirakı olmadan danışıqlar apardığına görə tənqid edir O, hər hansı ərazi güzəştinin, o cümlədən işğal altındakı Ağdam və digər rayonların qaytarılmasına qarşıdır. “Madrid prinsipləri”ni qəbuledilməz hesab edir və üstəlik münaqişə regiona hər hansı ölkənin (o cümlədən Rusiyanın) sülhməramlılarının yeridilməsinə qarşıdır.

Bu ilin aprelində Qarabağda hərbi əməliyyatlar başlayanda Balasanyan hər hansı hərbi vəzifə tutmasa da Ağdərə istiqamətində gedən döyüşlərə rəhbərliyi üzərinə götürmüşdü. Bu, işğalçı qüvvələrin Ağdərə polkonunun komandirinin qaçmasından sonra baş vermişdi.

167071_src

Daha sonra İrəvanda “Sasna Tsrer” silahlı qruplaşması qiyam qaldıranda Balasanyan silahlılarla hakimiyyət arasında vasitəçiliyə başladı. Onun vasitəçiliyini “Sasna Tsrer” terrorçuları tələb etmişdilər. Və Balasanyanın missiyası terrorçuların silahlarını təhvil verib təslim olması ilə nəticələndi.

Bundan sonra Balasanyanın siyasətdə ulduzu daha da parladı və onun adı Ermənistan müdafiə naziri postuna əsas namizəd kimi çəkilməyə başladı. Ancaq Serj Sərkisyan Ohanyanı vəzifədən uzaqlaşdırsa da onun postunu “hansısa uşağa”-Prezident Admnistrasiyasının 43 yaşlı rəhbəri Vigen Sərkisyana həvalə etdi.

İndi general Balasanyana Qarabağda “mühüm dövlət vəzifəsi” həvalə edirlər. Onun təyinatı barədə qərarı şübhəsiz ki, Xankəndində qəbul etməyiblər. Ancaq indiki vəzifədə Balasanyanı qondarma rejimin gələcək yeni rəhbəri hesab etmək olar. Bu, Dağlıq Qarabağda hakimiyyətə hər hansı güzəşti istisna edən qüvvələrin-keçmiş səhra komandirlərinin gətirilməsi üçün düyməyə basıldığını göstərir…(Virtualaz.org)

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

‘Bura tamaşadır, quruluşçu rejissoru da İlham Əliyevdir’

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: