Advertisements
24 saat

“Qarabağ”a uduzan almanlardan Bakıda stüardessaya əxlaqsız təklif -Foto

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a məğlub olan Almaniyanın “Düdelanj” klubunun futbolçuları Bakıdan geri qayıdarkən dava salıblar.

Bu barədə hadisə şahidləri məlumat verib. “Lufthansa” hava şirkətinin təyyarəsi ilə geri dönən “Düdelanj”lı futbolçulardan biri təyyarədəki stüardessaya sataşıb. Futbolçunun əxlaqsız təklifindən sonra ara qızışıb. Onlar həm də təyyarəyə əyləşdikləri andan yüksək səslə danışmağa və gülməyə başlayıblar.
Sərnişinlərin müdaxiləsinin ardından təyyarədə dava düşüb. Təyyarə əməkdaşlarının səyi nəticəsində hadisənin böyüməsinin qarşısı alınıb.(azxeber.com)
Hadisə zamanı çəkilən görüntüləri təqdim edirik:

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: