Advertisements
24 saat

“Qarabağ”-“Slovan” oyununun biletləri sabah satışa çıxarılacaq


Sentyabrın 15-də keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin ilk matçında “Qarabağ” komandası Çexiyanın “Slovan” klubunu qəbul edəcək.

Ağdam klubunun rəsmi saytı xəbər verir ki, bu qarşılaşmanın biletləri sentyabrın 13-ü saat 11:00-dan etibarən Respublika stadionunun kassalarında satışda olacaq.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1, 10 və 20 AZN, VİP biletlər isə 50 AZN-dir.

Qeyd edək ki, “Qarabağ” – “Slovan” matçı sentyabrın 15-i saat 19:00-da “Dalğa Arena”da baş tutacaq. Virtualaz.org xatırladır ki, sözügedən arenanın azarkeş tutumu cəmi 6500 nəfərdir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: