Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
105900

Qarabağ probleminin hərbi yolla həlli perspektivi artıb, yoxsa azalıb?

Sərdar Cəlaloğlu: “Hesab edirəm ki, mövcud mənzərə ötən dövrlə müqayisədə təxminən eynidir”

Qarabağ probleminin həlli uzandıqca baş verən hərbi-siyasi proseslər – Ermənistanın işğaldakı ərazilərdə daha da möhkəmlənməsi, Rusiyanın fəal iştirakı ilə Ermənistan ordusunun yenidən modernləşdirilməsi, Kremlin İrəvana çoxlu sayda müasir raket kompleksləri, artilleriya nümunələri verməsi, tərəflər arasında birgə hərbi kontingentin yaradılması və s. vətəndaşlar arasında sözügedən problemin hərbi müstəvidə həllinə olan ümidləri azaltmaqdadır.

Maraqlıdır, bununla bağlı siyasətçilərin qənaəti nədən ibarətdir? Ötən müddətlə müqayisədə bu gün Qarabağ probleminin hərbi müstəvidə həlli perspektivi artıb, yoxsa azalıb?

Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu problemin hərbi yolla həlli perspektivinin ötən dövrlərlə müqayisə artıb-azalmadığını bildirdi:

“Hesab edirəm ki, ötən dövrlərlə müqayisədə bu gün də Qarabağ probleminin hərbi müstəvidə həlli perspektivi ilə bağlı mənzərə təxminən eynidir. Yəni bu məsələdə ciddi bir dəyişiklik yoxdur. Əvvəlki dövrdəki imkan və problemlərin hamısı bu gün üçün də xarakterikdik. Odur ki, probemin hərbi müstəvidə həlli perspektivinin artdığını, yaxud azaldığını düşünmürəm”.

 

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Vidadi Zeynalov: “Əli Abbasov dindirilsin…”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: