“Qarabağ münaqişəsi kiməsə çirkli biznes kimi sərf edir” – Ramiz Mehdiyev

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərlə bağlı maqalə yazıb.

Moderator.az xəbər verir ki, “Ermənistan Vətəndaş Cəmiyyəti kontekstində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlanan məqalədə bu ilin aprelində cəbhədə baş verən hadisələrin münaqişənin həllində hər hansı əhəmiyyətli dəyişiklik yaratmadığı qeyd edilir:
“Nə iki ölkə prezidentlərinin görüşü, nə də ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyəti lazımi nəticələr vermədi. Qarabağ probleminin həllində, danışıqların yenilənməsində ən nüfuzlu beynəlxalq təşkilatlar və ayrı-ayrı siyasi nümayəndələr iştirak edir. Lakin hələ ki, heç kim Dağlıq Qarabağda atəşkəs rejiminin yaxın gələcəkdə ədalətli sülh yolu ilə həllinə təminat verə bilməz.
Əslində, müharibə nə cəbhədə (hələ də işğal olunmuş torpaqlar azad edilməyib), nə diplomatiya, nə də media məkanında başa çatmayıb. Kimlərəsə Dağlıq Qarabağla bağlı münaqişə biznes kimi, çirkli biznes və çirkli siyasət yürütmək baxımından sərfəlidir”.

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

“Monopoliya qurmuşduq, ya oğurlamalıydıq, ya da…” – Nazirlik rəsmisindən etiraf

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: