Advertisements
24 saat

Qarabağ əlillərinə ev verildi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə ev verdi.

Bu barədə virtualaz.org saytına nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

E.Babayev deyib ki, nazirliyin sifarişi ilə Beyləqanda 6 mərtəbəli 54 mənzilli yaşayış binası və 5 ədəd fərdi yaşayış evi tikilib. Evlə təmin edilənlərdən 38-i Qarabağ müharibəsi əlilləri, 22-si isə şəhid ailəsidir.

Qeyd edək ki, ötən il də daxil olmaqla bu ilin ilk aylarında 445 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinə yeni mənzillər verilib.

Virtualaz.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: