Qarabağ əlilinin maşını aşdı, özü öldü, 3 nəfər yaralandı

Ağdaşda Qarabağ əlili “OKA”-nı aşırıb, özü ölüb, qardaşı və daha iki nəfər ağır xəsarət alıbAğdaş rayonunda bir nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün saat 14:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 235-ci kilometrliyində, Ağdaşın Xosrov kəndi ərazisində qeydə alınıb.
Ağdaşın Sadavat kənd sakini, Qarabağ müharibəsi əlili, 1972-ci il təvəllüdlü Umarov Tərlan Eldar oğlu idarə etdiyi 03-BE-348 dövlət nömrə nişanlı, “OKA” markalı minik avtomobili yağışlı havada yolun sürüşkən olması səbəbindən yoldan çıxaraq çökəkliyə aşıb.
T.Umarov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Avtomobildəki sərnişinlər – sürücünün qardaşı, 1977-ci il təvəllüdlü Umarov Eldəniz Eldar oğlu, Xosrov kənd sakinləri, 1990-cı il təvəllüdlü Umarov Şəmayıl Sərdar oğlu, 1983-cü il təvəllüdlü Nəbiyev Rəhman Elmar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Uşağı evtanaziya ilə öldürdülər

%d bloqqer bunu bəyənir: