Loading...

Qarabağ əlili ilə şöbə müdiri arasında mübahisə yaşanıb

Səhiyyə müəssisəsində çəkiliş apararkən əməkdaşımıza təzyiq göstərilib
Bu gün Mərkəzi Neftçilər Xəstəxanasında Qarabağ müharibəsi əlili ilə bu tibb müəssisəsinin İntervension Kadiologiya şöbəsinin müdiri, kardioloq Abbasəli Abbasəliyev arasında mübahisə baş verib. Xəstəxananın mühafizəçiləri ilə polis sahə müvəkkili mübahisənin böyüməsinin qarşısını alıblar. Mübahisəyə səbəbin Qarabağ müharibəsi əlilinin növbədən kənar qəbul edilməsi tələbi ilə bağlı olduğu bildirilib.
Redaksiyaya daxil olan zəng əsasında Mərkəzi Neftçilər Xəstəxanasında olan əməkdaşımız mühafizəçilərdən və pasientlərdən öyrənib ki, həkimlə Qarabağ müharibəsi əlili arasında barışıq yaranıb. O, polisə A.Abasəliyevdən şikayətçi olmadığını bildirərək xəstəxananı tərk edib.
Səhiyyə müəssisəsində çəkiliş apararkən əməkdaşımıza pasientlərdən birinin yaxını təzyiq göstərməyə cəhd edib. O, çəkilişin aparılmasına qarşı çıxıb. Onun fikiri nəzərə alınsa da, o təzyiq göstərmək cəhdlərinə davam edib. Məsələyə Mərkəzi Neftçilər Xəstəxanasının mühafizəçiləri və sahə müvəkkili müdaxilə etməli olub. Əməkdaşımızla və həmin şəxslə söhbət aparılıb.
Peşə fəaliyyətinə davam edən əməkdaşımız kardioloq, tibb elmləri namizədi Abbasəli Abbasəliyevdən açıqlama almaq üçün müraciət edib. Köməkçi həkimin əməliyyatda olduğunu bildirdiyi üçün ondan açıqlama ala bilməyik. Mərkəzi Neftçilər Xəstəxanasının baş direktorunun birinci müavini Həbib Yüzbaşov əməkdaşımızı qəbul edib. O, çəkilişin icazə əsasında aparılmasının
vacib olduğunu və həkimlə pasient arasında baş verən mübahisənin araşdırılacağını bildirib.
İş günün sonunda Abbasəli Abbasəliyevlə telefon əlaqəsi saxladıq: “O mübahiəsə səbəbin Qarabağ müharibəsi əlilinin yanında olan qadının səbəbkar olduğunu bildirib. O növbədənkənar qəbula düşmək istəyir. Biz də ona növbədə pasientlərin razılığının almasının vacib olduğunu bildirib. O,
tibb müəssisəsinin baş direktorun köməkçisinə şikayət edib. Baş direktorun köməkçisi mənimlə əlaqə saxlayıb. Sizə dediyimizi eyni ilə ona demişəm.
Növbədə olan pasinetlərin icazəsi alınandan sonra biz qəbul eləmişik”.

Loading...

Rusiyanın ən titullu “vor zakon”u və onun azərbaycanlı cangüdəni həbs edildi -FOTO

Sonrakı Yazı »

Bakıda mənşəyi məlum olmayan 2 tondan çox ət aşkarlandı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: