Advertisements
24 saat

Qara Qarayev prospektinin bir hissəsi nəqliyyatın hərəkəti üçün bağlanacaq


Təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 13-dən 14-nə keçən gecə Qara Qarayev prospektinin Bəhruz Nuriyev küçəsi ilə kəsişməsindən ( “Laçın” ticarət mərkəzi ) Babək prospekti ilə kəsişməyədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur.

“Azəravtoyol”dan “APA-Economics”ə verilən məlumata görə, sözügedən hissədə hərəkət intensivliyi nəzərə alınaraq aparılacaq təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

“Baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyə edirik”, – deyə məlumatda vurğulanıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: