24 saat

Qara Qarayev prospekti təmirə bağlanacaq


“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yaxın günlərdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində təmir işlərinə başlanacaq.

Qara Qarayev prospekti Neftçilər metrosu, 8 km bazarı, Xalqlar Dostluğu metrosunun qarşısından keçir, onları birləşdirir. Bakının hərəkət intensivliyi çox olan prospektlərindən biridir. Prospektin bir qismi bir müddət əvvəl Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təmir edilib. “Azəravtoyol” ASC isə prospektin qalan qisminin təmir işlərini həyata keçirəcək.

A.Nəcəfli deyib ki, “Azəravtoyol” ASC Qara Qarayev prospekti ətrafındakı yolların əksəriyyətini təmir edib: “Hazırda prospektlə kəsişən Rüstəm Rüstəmov küçəsində təmir işləri gedir, bu küçənin uzunluğu 3,7 km-dir. Qara Qarayev prospekti ətrafındakı Mikayıl Əliyev, Bəkir Çobanzadə, Mehdi Abbasov və Naxçıvanski küçələri də təmir edilib. Qara Qarayev prospektində təmir dövründə nəqliyyatın hərəkəti tam deyil, qismən məhdudlaşdırılacaq. Ümumiyyətlə, “Azəravtoyol” ASC təmir işləri apararkən yolları tam bağlamır. Əsas məqsəd odur ki, yol təmir olunsun, təmirdən sonra nəqliyyat vasitələri normal hərəkət edə bilsin. Təmir zamanı da prospekt hissə-hissə bağlanacaq ki, nəqliyyatın hərəkəti tam dayanmasın”. (APA)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: