24 saat

“Qara bazar”da reyd: İki nəfər saxlanıldı, biri qaçdı – VİDEO


Daxili İşlər Nazirliyinin əməkdaşları “28 May” metrostansiyasının ərazisində qanunsuz valyuta mübadiləsinə qarşı mütəmadi olaraq reydlər keçirir. Bu gün axşam saatlarında reyd zamanı qeyri-qanuni valyuta mübadiləsi ilə məşğul olan iki nəfər saxlanılıb.

Musavat.com-un əməkdaşı əməliyyat anının şahidi olub.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin 10 saylı inzibati ərazi şöbəsinin əməkdaşları “qara bazar” alverçilərindən ikisini saxlayıblar.

Etiraz etmədən polis əməkdaşı ilə birgə bölməyə getməyə razılaşan şəxslərdən biri qəfildən metro keçidinə düşərək aradan çıxıb.

Qeyd edək ki, “qara bazar”ın fəaliyyət göstərməsi qanunla qadağandır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: