Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
qa

Qar adamı həqiqətən də mövcuddurmu… – VİDEO

Rusiyada yenidən Qar adamı görünüb. Cebhe.info-nun məlumatına görə, ölkənin Ural vilayətində yolun kənarında hərəkət edən avtomobilin kamerası ilə lentə alınan naməlum varlığın Qar adamı olduğuna dair iddialar var. 

Maşının sürücüsü Vadim Gilmanov hadisənin gecəyarısı baş verdiyini deyib.  Onun sözlərinə görə, əvvəlcə bunu kiminsə zarafatı güman edib, ancaq naməlum varlığın qısa müddətdə sürətlə hərəkəti onu da təəccübləndirib. Daha sonra avtomobilin kamerasındakı görüntülərə baxdığı zaman Qar adamı olduğunu təxmin etdiyi naməlum varlığı görüb. 4 gün ərzində sosial şəbəkədə yayılan videoya 1 milyon insan baxıb.

Bəs, Qar adamı doğrudan da mövcuddurmu?

Qeyd edək ki, əfsanəvi, mifik varlıq hesab edilən Qar adamı haqqında bundan əvvəl də bu cür videogörüntülər yayılıb. Xüsusən də Rusiya və ABŞ-da mifik varlığın real olduğunu əks etdirən hadisələr tez-tez baş verir.
Məsələn, 3 il öncə Rusiyada üç məktəbli mobil telefon ilə Qar adamını çəkməyə müvəffəq olmuşdu. Hadisə Kemerovo vilayətinin Ruskko-Urski qəsəbəsində baş vermişdi. 12 yaşlı Yevgeni Anisimov, 12 yaşlı Kiril Soldatov və 11 yaşlı Aleksandr Perever gəzişərkən qarşılarına ləpirlər çıxıb. Uşaqlar fikirləşiblər ki, ləpirlər Qar adamına məxsusdur. Ağacların sıx bitdiyi əraziyə yaxınlaşanda isə iki ayaq üstə dayanan tünd rəngli iri məxluq görüblər. Məxluq uşaqları görəndə bir az duruxub, sonra isə qaçıb. Elə uşaqlar da qaçıblar. Çəkilən video kadrlar həm Rusiyada, həm də dünyada səs-küy yaratmışdı.
Vaşinqtonda da iki yeniyetmənin gəzinti zamanı çəkdikləri görüntülər sensasiya yaratmışdı. Mobil telefonla çəkilən görüntülərə heç nədən xəbərsiz gənclər sonradan videoya baxarkən bir qaraltı onların diqqətini çəkib. Görüntüləri diqqətlə izləyən gənclər bunun indiyədək əfsanə hesab edilən Qar adamı olduğunu görüblər.
Amerikalı Roger Pattersonun 1967-ci ildə Kaliforniya meşələrində lentə aldığı “dişi Qar adam”ın varlığı ABŞ alimləri tərəfindən təkzib olunsa da, sovet mütəxəssisləri görüntülərin doğru olduğunu bildirmişdilər.

Qar adamının hücuma məruz qalan ABŞ prezidenti…

Bu cür canlını gördüyünü iddia edən ən tanınmış şəxs ABŞ prezidenti olmuş Teodor Ruzveltdir. Ovçuluğa meylli olan Ruzveltın yazdığına görə, 1903-cü ildə İdaho ştatında, Salmon çayı sahilində 2 ovçu qorxunc bir canlının hücumuna məruz qalıb.
Beləliklə yerin müxtəlif hündür dağ və meşə ərazilərində rast gəlinən əfsanəvi varlığı gördüyünü deyənlər çox olsa da, hələ də onun mövcudluğu tam təsdiqini tapmayıb. Baxmayaraq ki, 2013-cü ildə ingilis alimlər onun mövcud olduğu barədə iddialar irəli sürüblər. Belə ki, Oksford universitetinin alimi Brayan Sayks Qərbi Himalayda və Butanda tapılmış qar adamı olduğu ehtimal edilən iki naməlum varlığın tükləri əsasında onların DNT-lərini araşdırıb.
Məlum olub ki, bu canlılarının DNT-ləri 40 min il bundan əvvəl nəsli kəsilmiş qütb ayılarınkı ilə 100% identikdir. Brayan Sayks ehtimal edir ki, qar adamları qütb ayılarının təkamülü nəticəsində ortaya çıxmış canlılardır.
Digər fikirlərə görə isə qar adamları  insanların əcdadlarından qalmış, primatlar dəstəsinin insan növünə aiddir. Karl Linney onu “Homo troglodytes” (mağara adamı) kimi təyin edib.

“Qorxulu adam”…

Qar adamını gördüyünü iddia edənlərin dediyinə görə, onlar müasir insanlardan möhkəm bədən quruluşu, kəllənin şiş formalı olması, bir qədər uzun əllləri, kiçik uzunluqlu boğazı, bir qədər gödək ayaqları ilə fərqlənirlər. Bədəni bütövlüklə qara, tünd narıncı və ya ağ rəngli tüklə örtülüdür. Sifəti tünd rənglidir. Başında tüklər bədəndə olanlardan uzundur. Bığı və saqqalı seyrək və qısadır. (Bu məqamda bir faktı xatırladaq ki, sonuncu Rusiyada yayılan videogörüntülərdə qar adamı olduğu iddia edilən məxluq ağ rəngdə olub). Ağaclara yaxşı çıxa bilirlər. Bildirirlər ki, dağ qar adamları mağaralarda, meşə qar adamları isə ağacın budaqlarında yuva qurub, orda yaşayırlar.
Etnoqrofik baxışdan müxtəlif yerlərdə qar adamları haqqında təəssüratlar maraqlıdır. Böyük qorxulu adam surəti müxtəlif xalqlarda qaranlıqdan qorxu nəticəsində, naməlumluqlar haqqında, sirli qüvvələrə olan münasibət kimi formalaşa da bilər. Ola bilsin ki, qar adamı sadəcə olaraq, bədənləri tüklə örtülü və ya vəhşiləşmiş insanlar kimi qəbul olunsun. Əgər bu varlıqlar mövcuddurlarsa, onda onlar qruplar və ya ailə cütlüyü şəklində yaşayırlar. Arxa ətrafları üstündə hərəkət edə bilirlər. Hündürlüyü 1 -2,5 m arasında ( bir çox hallarda 1,5-2 m) dəyişir. Bildirilir ki, daha böyüklərini Mərkəzi Asiyada və Şimali Amerikada görüblər. Sumatra, Kalimantan və Afrikada bir çox hallarda boy 1,5 metri keçməyib. Ehtimal edilir ki, bu varlıqların bir neçə növü var.
Amerika Tuson “kriptozooloji” (biologiyada mövcud olmayan və ya əfsanəvi qəbul edilən heyvanları araşdıran elm) dərnəyi Qar adamının ölüsünü gətirənə 100 min, canlısını ələ keçirənə isə bir milyon dollar verəcəyini açıqlayıb.
 

musavat.com

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Atasına oxşamaq üçün hər şeyi edir – Van Dammın qızı sizi də şok edəcək

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: