Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
rr-5

Qalmaqallı baş həkim Asiman Həsənov kimdir? MTN-dən Səhiyyə Nazirliyinə gedən yol

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında kadr dəyişikliyi baş verib. Klinikanın baş həkimi Asiman Həsənov tutduğu vəzifədən öz ərizəsilə azad olunub. Məlumata görə, baş həkim bəzi səlahiyyətlərinin alınması ilə razılaşmayaraq vəzifədən getməyə qərar verib. Tədris Cərrahiyyə Klinikasından verilən məlumata görə isə Asiman Həsənov elmi fəaliyyəti ilə əlaqədar öz ərizəsi ilə vəzifədən ayrılıb.

A.Həsənovun bundan sonra elmi fəaliyyətlə məşğul olub olmayacağını deyə bilmərik, amma burası dəqiqdir ki, baş həkim adı ən çox qalmaqallarda hallanan “hippokratçı”lardandır. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda ilginc məlumatlara rast gəldik. Amma həmin məlumatlara keçməzdən sonra baş həkimin vəzifədən getməsi ilə bağlı bəzi məqamlara toxunaq.
Baş həkim olayında Əhliman Əmiraslanov faktoru
Azərbaycan Tibb Universitetinin yeni rektoru Gəray Gəraybəylinin sələfi Əhliman Əmiraslanovun kadrlarını hədəfə alması haqda məlumatlar buna qədər də yayılıb. Tibb Universitetindəki mənbələrin cumhuriyyet.az-a bildirdiyinə görə, Gəray Gəraybəyli indiyədək bir neçə vəzifəli şəxsi işdən çıxarıb, bəzilərinə şiddətli töhmət verib. İşdən çıxarılanlar və töhmət verilənlərin hamısı sabiq rektor Əhliman Əmiraslanovun yaxın adamları olub. Əldə edilən məlumata görə, rektorun hədəfindəki növbəti isim məhz Asiman Həsənov idi. 2013-cü ildən Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının baş həkimi olan 42 yaşlı Asiman Həsənov bu vəzifəyə Əhliman Əmiraslanov tərəfindən təyin edilib və keçmiş rektorun ən yaxın adamlarından biri olub.
MTN izi
Asiman Həsənovun kimliyinə gəlincə, bu şəxslə bağlı bu günədək mətbuatda kifayət qədər ciddi məlumatlar yayılıb. Mətbuatda yazılanlara istinadən cumhuriyyet.az bildirir ki, baş həkimin adı “MTN işi”ndə hallanıb.. Belə ki, cumhuriyyet.az olaraq media üzərindən araşdırmalarımız zamanı öyrəndik ki, Tədris Cərrahiyyə Klinikasının baş həkimi Asiman Balakişi oğlu Həsənovla MTN-in Kadrlar Baş İdarəsinin rəis müavini polkovnik Tehran Babatovun gizli əlaqələri və onların Səhiyyə sistemində birgə fəaliyyətləri aşkarlanıb. Qeyd edək ki, Tehran Babatov keçmiş MTN-də sabiq nazir Eldar Mahmudovun kadr məsələləri üzrə kassası idi və hər ay yüz minlərlə manat pul şəxsi heyyətdən toplanaraq onun vastəsi ilə nazirə ötürülürdü. Sən demə, Asiman Həsənovun özəl Səhiyyə sektorunda və eləcə də, Səhiyyə Nazirliyinin müxtəlif strukturlarında at oynatması, şantaj və hədə-qorxu yolu ilə külli miqdarda vəsait toplaya bilməsi səbəbsiz deyilmiş.
Klinikalar inhisarlığı, cəsus şəbəkəsi və rektorluq vədi….
Tehran Babatovdan “babat” dəstək alan Asiman Həsənov bir sıra özəl tibb müəssisələrini inhisara almaqla, həm yerli, həm də əcnəbi həkimləri istismar edirmiş. Sertifikatlaşdırmadan keçə bilməyən savadsız həkimləri müxtəlif klinikalara yerləşdirməklə, savadlı və dürüst həkimləri sıxışdıran Asiman Həsənov əcnəbi həkimləri də Tehran Babatovun vastəsi ilə Miqrasiya Xidmətinin caynağına keçirərək, tələyə salmağı və onları qul kimi işlədərək babat pul qazanmağın mexanizmini elə qurubmuş ki, çərçivədən çıxan istənilən şəxs MTN-in polkovniki tərəfindən cəzalanırılırmış. Hazırda bir çox klinikalar, o cümlədən Grand Hospital, Medical Plaza, Azərtürk Med Hospital, Tədris Cərrahiyyə Klinikası və Laçın Klinikası bir başa Asiman Həsənovun nəzarətindədir. Həmin klinikalarda isə Asiman Həsənovun şəbəkələşmiş həkimləri fəaliyyət göstərməkdədir. Eyni zamanda, Asiman Həsənov hər bir klinikada özünə yaxın xanım tibb işçiləri saxlayır və onun vastəsi ilə klinikada baş verən hadisələrdən anında xəbərdar olur. Asiman Həsənov üçün ən vacib məsələ nəyin bahasına olursa olsun, xəstələrdən pul qoparılmalı və savadlı kadrlar zərərsizləşdirilməlidir. Məlumatlarda vurğulanır ki, Tehran Babatovun göstərişi ilə Grand Hospitala gətirilmiş Təranə Mahmudova adlı heç bir savadı olmayan qadınla «dostlaşan» Asiman Həsənov bu qadının vasitəsi ilə nəzarətində olan klinikalarda çalışan gözəl xanımları «oyununa» qatır. Bütün bunlarla yanaşı, Səhiyyə sistemindəki xoşagəlməz hallar barədə dosyelər toplayaraq MTN-ə ötürən Asiman Həsənov bu işlərinin müqabilində Tibb Universitetinin rektoru və ya nazir postuna təyin olunacağı barədə vəd də alıbmış.
Elçin Əmirov, cumhuriyyet.az

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Bir milyon dollara restoran açacam” -Azərbaycanlı lotoreya qalibi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: