Advertisements
24 saat

Qadınları BƏƏ-yə aparan transseksual həbs edildi


Qadın alverində təqsirləndirilən şəxs məhkəmə zalında həbs edildi.

24saat.org musavat.com-a istinadən bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Nəzrin İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən qapalı prosesdə hökm oxunub. N.İbrahimli 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. N.İbrahimli həbs edilərkən onun anasının halı pisləşib.

N.İbrahimli Azərbaycandan Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) qadın aparmaqda təqsirli bilinirdi.

Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər şikayətlərini geri götürüblər. Bildirək ki, onlar istintaqa ifadələrində N.İbrahimlidən şikayətçi olduqlarını bildirmişdilər.

Onu da əlavə edək ki, işlə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan N.İbrahimli barəsində həbs-qətimkan tədbiri seçilməmişdi.

Həbs edilən şəxsin transseksual olduğu bildirilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: