Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Qadını diri-diri yandırıblar

Pakistanda 19 yaşlı qadın evlilik təklifindən imtina etdiyi üçün işgəncəyə məruz qalıb və yandırılıb. Qohumları və polis belə deyir.

Maria Sadaqat-a mayın 31-də bir qrup kişi hücum edib. Hadisə paytaxt İslamabad ətrafındakı kənddə baş verib.

«Ona çox pis işgəncə verib və yandırıblar», – Sadaqat-ın əmisi Abdul Basit iyunun 1-də deyib. Qadın İslamabadda xəstəxanaya aparılsa da, aldığı yaralardan dünyasını dəyişib.

Sadaqat-a vaxtilə işlədiyi məktəb direktoru öz dostlarıyla hücum edib. O, direktorun oğlunun evlilik təklifini rədd edibmiş.

Polis şübhəlilərdən birinin saxlandığını bildirir.

Pakistanda qadınlar sevgi və nikah məsələləri ilə bağlı qərarlarına görə tez-tez zorakılıqla üzləşirlər.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Sarkisyan Xüsusi Təyinatlıların polkovnik-leytenantını da həbs etdirdi

%d bloqqer bunu bəyənir: