Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Qadını borca görə ölümcül döydülər – Vəziyyəti ağırdır

Bakının Yasamal rayonunda qanlı hadisə baş verib. Hadisə Həsən bəy Zərdabi küçəsi, 61 ünvanında qeydə alınıb. Orada yaşayan 48 yaşlı Lalə Fətullayeva evində Yaşar adlı tanışı tərəfindən döyülüb. Hadisəyə borc pul mübahisəsi səbəb olub.
Lalə Fətullayeva Yaşar adlı tanışından aldığı borcu vaxtında qaytara bilməyib. Lalənin yaşadığı evə gələnə Yaşar pulunu tələb edib. Lalə Fətullayeva pulu qaytara bilməyəcəyini dedikdə Yaşar onu döyüb. Qadın aldığı zərbələrdən huşunu itirərək yerə yıxılıb. Yaşar Lalə Fətullayevanın öldüyünü zənn edib. O, daha sonra DİN-in 102 qaynar xəttinə zəng edərək adam öldürdüyünü bildirib.

Hadisənin baş verdiyi ünvana gələn polis əməkdaşları hadisə yerini müayinə edən zaman Lalə Fətullayevanın sağ olduğunu müəyyən ediblər. Çoxsaylı xəsarətlər alan Lalə Fətullayevaya xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib. Xəsarətləri ağır olan Lalə Fətullayeva reanimasiya şöbəsinə yerləşdirilib.

Yaşar adlı şəxs isə polis tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.(Musavat.com)

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Xəzərdən daha bir meyit ÇIXARILDI

%d bloqqer bunu bəyənir: