Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Qadın sünnəti necə olur? – Həkimlər şərh edir

Ötən gün məşhur model Günay Musayevanın sünnət olunacağı ilə bağlı verdiyi məlumat şok effekti yaradıb. Belə ki, azərbaycanlı model axşam.az-a açıqlamasında nə səbəbə sünnət olunacağına da aydınlıq gətirib:

“Hamı elə bilir ki, təkcə kişilər sünnət olur. Amma qadınlar da sünnət etdirir. Mən də Beyruta sünnət etdirməyə gedirəm. Çox da ağır əməliyyat deyil. Bir çoxları bunu tam başa düşməyə bilər. Amma tibbdə xanımların sünnət olunması var. Məncə, bu sünnəti çox qadınlar etdirməlidir”.
“Qafqazinfo” isə bu məqamda məsələ ilə bağlı kiçik araşdırma aparıb.
Məlum olub ki, qadın sünnəti klitorun kəsilməsi, qadın cinsi şikəst etmələrinin ən məşhur üsuludur. Məqsəd qadında cinsi zövq orqanı olan klitoru korlayaraq bəkarəti qorumaq, qadının cinsiliyini və cinsi duyğularına maneə törətməkdir.
Birləşmiş Millətlər Təşkilatı (BMT) hər il əksəriyyəti Afrika və Orta şərq ölkələrində olmaqla 3 milyon qadının sünnət edildiyini bildirib.
UNİCEF-in hesabatında dini deyil, ənənəvi bir tətbiq olan qadın sünnətinin gözlənildiyindən daha məşhur olduğu əks olunub. Mövzunun həssaslığı səbəbinə görə qadın sünnətindən neçə qadının öldüyünün təsbit və təxmin edilə bilmədiyi qeyd edilib.
Afrikada Səhra bölgəsi və Orta şərqdəki 28 ölkədə indiyə qədər 128 milyon qadının sünnət edildiyi görülən hesabatda bildirilib.
Statistikaya görə, qızlar daha çox 4 ilə 12 yaş arasında sünnət olunur. Dünya Sağlamlıq Təşkilatının məlumatına görə isə hər il 100-140 milyon qız sünnət edilir.
Sünnətdən sonra qadınlar qanama, cərrahi zədə, ağrı ilə bağlı şok, infeksiya HIV/AİDS və digər viruslara yoluxa və bu onları ölümü ilə nəticələnə bilər.
Məsələ ilə bağlı bir neçə estetik cərraha müraciət etdik, lakin həkimlər mövzu ilə bağlı danışmaqdan ehtiyat etdilər.
Daha sonra estetik cərrah Dilqəm Məhərrəmov isə açıqlamasında qadınlarda sünnət məhfumunun olmadığını bildirib:
“Qadınların sünnəti ilə bağlı bizə heç vaxt müraciət olunmayıb. Tibbi baxımdan kişilər ancaq sünnət oluna bilər. Elə xəstəliklər var ki, irinli iltihab və s. misal çəkə bilərəm. Bu zaman insanda ağrılar meydana gəlir. Təkcə müsəlman yox, xristian əhli də belə xəstəliklə üzləşir və sünnət olunur. Qadınlarda isə sünnət məhfumu yoxdur. Bunla bağlı başqa fikir deyə bilmərəm”.
İstanbul NS Klinikasının estetik cərrahı Taha Mehmetoğlu qadın sünnəti barədə geniş məlumat verib:
“Qadın sünnəti xüsusilə orta Afrika qəbilə cəmiyyətlərin tərəfindən və bəzi Cənub-şərq Asiya ölkələrində edilən daha çox ənənəvi bir tətbiqdir.
Dünya sağlamlıq təşkilatına görə dörd növü var:
Tip I: Prepusla birlikdə klitorun bir qisminin və ya hamısının kəsilməsi.
Tip II: Klitor, prepus və ətrafdakı kiçik (Labia minor) və bir qisim böyük dodaqların (Labia majör) kəsilməsi.
Tip III: Klitor və prepus ilə birlikdə kiçik və böyük dodaqların az qala/haradasa tamamilə kəsilməsi, açıq yaranın xarici çəpərlərinin bir yerə gətirilərək yaranın tamamilə tikilməsi, yalnız sidik və aybaşı qanamasının axa biləcəyi və ancaq kiçik barmaq genişliyində olan bir açıqlıq buraxılması.
Tip IV: Digər genital təxriblər: Simvolik olaraq klitoru və ya dodaqları çəkmək; klitoru dağlamaq; vaginayı genişlədəcək şəkildə kəsmək və ya bəzi dərmanlarla daraltmaq.
Bir çox insanlar isə qadın sünnətinin dinlə bağlı olduğunu bildirib.
İlahiyyatçı Elşad Miri bildirib ki, nəinki qadın, kişilərin sünnətinin belə İslam dini ilə əlaqəsi yoxdur:
“Sünnət İslam dininin əmri deyil. Bu məsələ İslamdan əvvəl olub. Yəhudilərin özündə belə sünnət məsələsi daha çox aktualdır. Onlarda uşaq dünyaya gələndən 7 gün sonra sünnət olunur. Amma Azərbaycan müsəlman ölkəsi ola-ola oğlanlar müəyyən yaş və aydan sonra sünnət olunur. Yəhudilər bizdən çox müsəlmandır? İddia olunur ki, peyğəmbərimizin özü sünnət olunaraq dünyaya gəlib. Bunun özü uydurmadı. O, normal şəkildə doğulub, daha sonra isə sünnət olunub. Sonrakı dövrdə bunu islamlaşdıraraq bizə təqdim ediblər. Qadın sünnəti məsələsi də eyni şeydir. Qadın sünnətinin İslama heç bir aidiyyatı yoxdur. Dediyiniz şəxs isə şou yaratmaq üçün belə bir məsələyə əl atıb. Kim nə etmək istəyirsə, etdirsin”.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

“Lənkəranski”nin yerinə onu gətirdilər – TƏCİLİ

%d bloqqer bunu bəyənir: