Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
kisi

Qadın sinəli kişilər: onlar bu xəstəlikdən əziyyət çəkir

Kişilər arasında ən geniş yayılmış estetik problemlərdən biri sinə ilə bağlıdır. Müasir dövrdə kişilərin ən az yüzdə 50-si iri sinə problemindən əziyyət çəkir. Əvvəllər çimərlikdə, küçələrdə sinəsi böyük kişilərə bu qədər çox rast gəlinmirdi. İndi isə bu problemi olan kişilərin sayı artıb. Hətta kişilərin sinəsi o qədər yekəlir ki, köynəkdən belə bəlli olur.

24saat.org lent.az-a istinadən xəbər verir ki, tibbdə buna ginekomastiya deyilir. Ginekomastiya yunan sözüdür, “gyne” qadın, “mastos” süd vəzi sözlərinin birləşməsindən yaranıb. Xalq arasında isə “qadın sinəli kişilər” olaraq adlanır. Aile.lent.az bu xəstəlik haqda məlumatı təqdim edir.
Ginekomastiya kişilərdə döş vəzilərinin birinin və ya hər ikisinin böyüməsi ilə özünü göstərən patoloji haldır. Döş vəzilərinin ölçüsü 1 sm-dən 10 sm-ə qədər böyüyə və böyümə ilə yanaşı toxumada bərkimə, ağrı ola bilər. Yeniyetmələrin yarısında, cavan kişilərin 50, yaşlıların 60 faizində ginekomastiyaya rast gəlinir. Bu problem kişilərdə fiziki diskomfortla yanaşı, bir sıra psixoloji sıxıntılar da yaradır.

Kişilərdə ginekomastiya iki cür – həqiqi (fizioloji) və yalançı (psevdoginekomastiya) olur. Həqiqi ginekomastiya zamanı vəzili toxumalar artır. Yalançı ginekomastiya zamanı isə döş vəzilərində piy toxuması çoxalır.

Kişilərin sinəsi niyə böyüyür?

Oğlanlar 14 yaşına çatanda testisləri testesteron ifraz etməyə başladığı üçün səsləri qalınlaşır, bədənləri tüklənir, cinsi orqanları böyüyür və əzələləri çoxalır. Qanda testosteronun azalması da estrogenlərin nisbi artımına və ginekomastiyanın əmələ gəlməsinə gətirib çıxarır.

Kişilərdə döş vəzilərinin böyüməsinə səbəb olan ən mühüm amil qadınlıq hormonu, yəni esterogendir. Oğlanlarda qadınlıq hormonunu artıran səbəblər köklük, yanlış qidalanma və şəkərli içkilərin həddən artıq qəbuludur. Belə yanlışlar nəticəsində bədəndəki testesteronun miqdarı azalır, cinsi orqan kiçik qala bilir və döşlər böyüyür.
Hazırda yeyilən bütün qırmızı ət, ağ ət, heyvanlar saxta qida və hormonlarla böyüdüldüyündən bol miqdarda esterogen tərkiblidir. Lobya yağında və bitkisində bol miqdarda esterogen mövcuddur. Bunu yedikdə qadınlıq hormon səviyyəsi avtomatik artır. Nəticədə kişinin döşləri böyüyür və qızlar çox erkən menstruasiya yaşayır. Erkən menstruasiya yaşayan qızlarda böyümə yavaşlayır və boyları qısa olur.

Yayın istisində sərinləmək üçün kişilərin içdiyi pivələrin mayasında olan bitki mənşəli qadınlıq hormonları da kişilərin sinəsini böyüdən digər bir amildir. Bu problemin həlli kişilərə irəli yaşlarda testesteron verilməsi ilə mümkün ola bilər.
Qadınlar arasında geniş yayılmış döş xərçənginin yüzdə bir nisbəti kişilərdə rastlanır. Buna görə də kişilər sinə böyümə probleminə yüngül yanaşmamalıdır.

Müalicəsi

Adətən yeniyetmələrdə cinsi inkişaf başlayandan 2-3 ay sonra proses geriyə sorulur.

Patoloji ginekomastiyanın müalicəsində əsas xəstəliyi sağaltmaqla prosesi geriyə döndərmək olur.

Yalançı ginekomastiyada isə müalicəyə bədən çəkisini azaltmaqla başlanılır.
Ancaq pəhrizlə artıq çəkilər atılsa və qidalanma qaydaya salınsa da, kişilərin sinələri tam olaraq kiçilmir. Həyat boyu iri sinə problemi yaşamaq istəməyən kişilərin tək seçimi əməliyyatdır. Bu problemi əməliyyatla aradan qaldırmaq çox asandır. Sinədəki yağ bir santimetr ölçüsündə açılmış dörd, ya da beş kəsikdən əmilir. Əməliyyatdan sonra sağalma müddəti də uzun çəkmir. Qısa müddətdə normal həyata qayıtmaq mümkün olur.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Facebook-un cana xeyri varmış

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: