Now Reading:
Qadın futbolçunun hamamda fotosunu çəkdilər – QALMAQAL
Full Article 30 second read

Qadın futbolçunun hamamda fotosunu çəkdilər – QALMAQAL



Qadın futbolçular arasında İspaniya çempionatının “Atletiko” – “Torrelodones” oyunundan sonra xoşagəlməz hadisə yaşanıb.

Publika.az İspaniya mətbuatına istinadən xəbər verir ki, qonaq komandanın futbolçularından biri oyundan sonra duş qəbul edərkən, bir nəfərin pəncərədən mobil telefonla onun fotolarını çəkdiyini görüb. Xanım futbolçu hadisəylə bağlı dərhal polisə şikayət edib. Polis məsələylə bağlı təhqiqata başlayıb. Fotoları çəkən şəxsin “Atletiko”nun əməkdaşı olduğu deyilir.

Madrid klubunun rəhbərliyi qadın oyunçuyla görüşərək, ona təskinlik verib.

“Torrelodones” klubu isə bəyanat yayaraq, baş vermiş hadisəyə görə “Atletiko”dan üzrxahlıq gözlədiklərini bildiriblər.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: