Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
103502

Qadın avtobusda uşaq dünyaya gətirdi – VİDEO

24saat.org Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulda inanılmaz hadisə baş verib. Qadın avtobusda dünyaya uşaq gətirib, hadisə anbaan avtobusun kamerasına düşüb.

İstanbulda avtobusların birində qadın sərnişinin doğuş sancıları başlayıb. Sərnişinin suriyalı olduğu və doğuşuna az bir müddət qaldığı öyrənilib. Qadının vəziyyətini görən sürücü dərhal avtobusu dayandıraraq sərnişinlə yerə endirib. Avtobusda sadəcə qadına kömək edə biləcək bir neçə qadın sərnişini saxlayıb. Bundan sonra avtobusu ən yaxın xəstəxanalardan birinə çatdırmağa çalışıb.
Ancaq yolda hədsiz tıxac olduğuna görə avtobus saatlarla yolda qalıb. Sürücü uzun səylərdən sonra qadını yaxınlıqda yerləşən Qanuni Sultan Süleyman Xəstəxanasına çatdırmağı bacarıb. Ancaq bu zaman artıq doğuş başlayıbmış. Sürücü avtobusu xəstəxananın önündə saxlayaraq xəstəxana işçilərindən kömək istəyib. Həkimlər xəstəxananın həyətindəki avtobusun içindəcə doğuşu həyata keçiriblər.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Sevda Yahyayevanın qəza görüntüsü yayıldı – VİDEO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: