Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
vez

Qaçqınkomun maliyyə şöbəsinin müdiri Heydər Əliyevin fərmanının üzərinə fərman imzalayıb – FAKT

GÖRÜN NƏ GÜNLƏRƏ QALMIŞIQ

Yaxınlarımdan biri ilə danışmaq üçün telefonun dəstəyini qaldırıb nömrəni yığdım. Dəstəkdə bunları eşitdim: siz ayliq telefon xərcini ödəməyi unutmusunuz. Ona görə də telefonunuz müvəqqəti bağlanmışdır. Dəstəyi yerinə qoyub birbaş Xətai Telefon Qovşağına yollandım. Məsul işçilərdən birinə telefonumun kəsildiyi ilə maraqlandığımı bildirdim. Ev telefonumun nömrəsini deyib gözlədim. Kompyüterdə nömrəmi tapan kimi dedi ki, borcunuz var, ona görə də telefonunuz kəsilib. İki ayın haqqını ödəyin açdıraq.

Məcburi köçkün olduğumu, aylıq telefon xərcindən azad edildiyimi bildirdikdə mənə bir vərəq göstərdi. Həmin vərəqi alıb oxudum. Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin maliyə (maliyə-mühasibat – red.) şöbəsinin müdirinin imzaladığı məktubda deyilirdi ki, vəziyyətin çətin olduğuna görə komitə bundan sonra məcburi köçkünlərin aylıq telefon xərcini ödəyə bilməyəcək.

Məktubla tanış olandan sonra dəhşətə gəldim. Görün Ulu Öndər H. Əliyevin məcburi köçkünlərin kommunal xidmətdən azad edilmələri haqqında vaxtilə verdiyi fərmanı kimlər ləğv edir. Komitənin şöbə müdirinin məktubu ilə telefon qovşağı da eləməyib tənbəllik dərhal məcburi köçkünlərin telefonlarlnı bağlayıb. Görün nə günlərə qalmışıq. Adi bir məktubla qaçqınların telefonu kəsilir.

Xətai Telefon Qovşağının rəhbərliyinə bildirmək istəyirəm ki, məcburi köçkünlərin kommunal xidmət xərclərinin ləğv edilməsi ancaq respublika prezidentinin səlahiyyətinə aiddir. Bu barədə sərəncam verilmədiyi halda telefonların bağlanması qanunsuzdur.

Sərməst Seyidəliyev, məcburi köçkün, Qarabağ müharibəsi veteranı

24SAAT.ORG

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Qubad İbadoğlu: “Manat ucuzlaşmağa məhkumdur”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: