Advertisements
24 saat

Qaçaqmalçılıqda ittiham olunan türk vətəndaşı Bolqarıstana ekstradisiya olunub


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İntepol xətti ilə saxlanılınan Türkiyə vətəndaşı Kadir Barmaksız Mehmet oğlunun Bolqarıstana ekstradisiya edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Fikrət Qəribov sədrlik edib. Prosesdə Kadir Barmaksız ona elan olunan itihamlarla razılaşmayıb və təqsiri olmadığını deyib. O, Bolqarıstana gedəndən sonra günahsızlığını sübut edəcəyini bildirib.

Prosesdə qərar elan edilib. Qərara əsasən, Kadir Barmaksız Bolqarıstana eksradisiya edilib.

Qeyd edək ki, Kadir Barmaksız Mehmet oğlu Bolqarıstan gömrükünə qaçamaqmalçılıqla külli miqdarda tütün keçirməkdə təqsirli bilinib. Onun saxlanılmasl mümkün olmayıb. Bolqarıstan Kadir Barmaksızı interpol xətti ilə axtarışa verib. Kadir Barmaksız bu il Azərbaycanda saxlanılıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: