Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Qərb Qarabağ təşəbbüskarlığında gecikir” – “The Deily Caller”

Güney Qafqazda sülhə ümid ola bilsin ki, Roma Papasının Azərbaycana, Ermənistana və Gürcüstana səfərindən sonra yaransın. Musavat.com-un məlumatına görə, bu barədə analitik Ceyms Koylun “The Deily Caller” nəşrində dərc edilmiş məqaləsində deyilir.

Analitikin fikrincə, Papanın qarşıdakı səfəri heç vaxt olmadığı qədər yerinə düşə bilər. “Aprelin əvvəlində Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi qarşıdurma çoxsaylı qurbanlara səbəb olub. ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən yeganə effektli aktyor isə təəssüf ki, Rusiya olub” – müəllif qeyd edir.

Onun sözlərinə görə, güclü nümayəndəliyə rəğmən, Minsk Qrupu Rusiyadan fərqli olaraq regionda zəif təsirə və nüfuza malikdir. “Ermənistanda hərbi bazası olan Rusiya hər iki münaqişə tərəfinə silah satır” – ardınca analitik yazır.

Daha sonra o, Qərbi Qarabağ məsələsində passivlikdə və təşəbbüs göstərməməkdə qınayaraq yazır: “Qərb diplomatik təşəbbüskarlığı bölüşməlidir, nədən ki, Qərb maraqları burada təhlükə altındadır. Region Türkiyə, Rusiya və İran tərəfindən sıxılan geosiyasi qovşaqdır və bir-biri ilə mübarizə aparan qüvvələrdən hər hansıları arasında asanca hibrid müharibə meydanına çevrilə bilər. Azərbaycandan Rusiya və İrandan yan keçməklə Qərbə doğru istiqamətlənən neft-qaz kəmərləri Avropa üçün Rusiyanın energetik monopoliyasına qarşı alternativ yaradır. Bu ölkələr də Moskvadan bir günlük məsafədədir Orta Asiyaya doğru “İpək yolu”nun hər iki tərəfində yer alıb”.

Sonda müəllif Dağlıq Qarabağ konfliktinin həll yolunu tapmağın heç də asan olmadığına diqqət çəkir və Fransa və ABŞ-ı danışıqlar prosesində Qərbin maraqlarını daha fəal müdafiə etməyə çağırır. “Hələ ki, nə Ağ Evdə, nə də Yelisey Sarayında heç bir hərəkətlilik yoxdur. Roma Papasının səfəri bu mənada yaxşı ikinci şans sayıla bilər” – məqalə müəllifi əlavə edib.

Xatırladaq ki, Roma Papası Francis bu payız Azərbaycan və Gürcüstana səfər edəcək. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Vatikan bunu Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs bərpa edildikdən bir gün sonra deyib. Açıqlamadaa münaqişə barədə şərh verilməsə də, səfərin sentyabrın 30-dan oktyabrın 2-ə qədər davam edəcəyi bildirilir.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Yagland İlqar Məmmədova görə bəyanat verdi

%d bloqqer bunu bəyənir: