Loading...
Loading...

Qərb Qarabağ planından imtina etdi

ABŞ-ın təklifi ilə Vyana görüşündə qəbul edilən Qarabağ münaqişə zonasında hadisələrin araşdırma mexanizmlərinin quraşdırılması təxirə salınır. Buna səbəb isə mexanizmlərin quraşdırılması üçün vasitəçilərdə lazımi maliyyə vasitəsinin olmamasıdır.

Publika.az xəbər verir ki, bu barədə “Aykakan jamanak” qəzeti yazıb.

Qəzet qeyd edir ki, sözügedən mexanizmlərin quraşdırılması üçün kifayət qədər böyük vəsaitlər lazımdır.

“Buraya xüsusi mexanizmin quraşdırılması və daimi nəzarət daxildir. Artıq hakimiyyətdə də qəbul ediblər ki, mexanizmlər bu il quraşdırılmayacaq. Güman ki, maliyyə məsələsinin həlli də uzun zaman alacaq. Prezidentlərin iyunun 20-də Sankt-Peterbuqrda keçiriləcək görüşündə də yəqin ki bu məsələ ümumiyyətlə müzakirə olunmayacaq”, – qəzet yazıb.

Qeyd edək ki, Qarabağda atəşkəsə nəzarət mexanizminin yaradılması təklifini erməni lobbisinin fəal üzvlərindən olan konqresmenlər Ed Roys və Eliot Engel irəli sürmüşdü. Onlar Azərbaycanın cəzalandırılması üçün hətta Obama Administrasiyasına müraciət də etmişdilər.

Roys-Engel ideyasına görə, qoşunların təmas xəttində snayperlər geri çəkilir, təmas xətti boyunca hücumların mənbəyini müəyyənləşdirmək üçün müasir atəş lokatorları və səs avadanlıqları yerləşdirilir, atəşkəs rejiminin pozulması ilə bağlı nəzarəti yaxşılaşdırmaq üçün təmas xəttinə ATƏT-in əlavə müşahidəçiləri cəlb edilir.

Azərbaycanla yanaşı, Rusiya da bu ideyaya qarşı çıxıb. Çünki bunun qəbul edilməsi Azərbaycanın öz ərazi bütövlüyünün bərpası üçün müharibə etmək hüququnu əlindən alır.

Qarabağda atəşkəsə nəzarət mexanizminin quraşdırılması, müşahidə missiyası əməkdaşlarının sayının artması ABŞ-ın münaqişə üzərində təşəbbüsü ələ alması ilə də nəticələnə bilər. Bu da Rusiyanın maraqlarına uyğun deyil.

Apreldə “dördgünlük müharibə”dən sonra mayın 16-da Vyanada keçirilən Qarabağ görüşündə nəzarət mexanizminin quraşdırılması ilə bağlı razılıq əldə olunduğu deyilirdi. Bunu xüsusilə İrəvan qabardırdı. Çünki aprel döyüşündən sonra Serj Sərkisyan danışıqların bərpası üçün irəli sürdüyü şərtlərdən biri məhz bu idi. Lakin indi mexanizmlərin quraşdırılması üçün maliyyə vəsaitinin yoxluğu iki ehtimalı önə çıxarır.

1. Maliyyə vəsaitinin yoxluğu məsələsi Ermənistanın qarşısına səbəb kimi qoyulan bəhanədir. Qərb Vyanada dəstəklədiyi bu plandan imtina edib və topu Rusiyaya tərəf ötürüb.

2. Sankt-Peterburqda keçiriləcək görüş əvvəlcədən Qərblə razılaşdırılıb. Ermənistanın ümid etdiyi atəşkəsə nəzarət mexanizmi məsələsindən ümumiyyətlə imtina olunub və münaqişənin həlli planını Rusiya diktə edəcək. Məlumatlara görə, Rusiya görüşə 2011-ci ildə qəbul olunmuş “Kazan düsturu” ilə gəlir. Bu da ilkin mərhələdə Qarabağ ətrafı rayonlardan 5, yaxud 6-sının qaytarılmasını nəzərdə tutur.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Prezident təltif etdi

Loading...
%d bloqqer bunu bəyənir: