Loading...
Loading...

Qənirə Paşayeva Latviyanın sabiq baş naziri ilə görüşdü

Millət vəkili Qənirə Paşayeva Latviyanın sabiq baş naziri Laimdota Straujuma ilə görüşüb.

 

Millət vəkili görüşdə Azərbaycanın Latviya ilə bütün istiqamətlərdə əlaqələrin inkişafına böyük önəm verdiyini deyib. Azərbaycan ilə Latviya arasında əməkdaşlığın getdikcə inkişaf etdiyini deyən Q.Paşayeva bu əməkdaşlığın hər iki dövlətin təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində də getdikcə güclənməsinin vacibliyinə toxunub. Azərbaycanın Latviya ilə bütün istiqamətlərdə münasibətlərin daha da genişləndirilməsində maraqlı olduğunu deyən Q. Paşayeva eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma evlərindən qovulan 1 milyon azərbaycanlının məcburi köçkün həyatı yaşamağa məcbur olması barədə məlumat verib.O, həmçinin, Azərbaycan həqiqətlərini, ermənilərin dinc azərbaycanlılara qarşı 20-ci əsrin əvvəllərində və sonlarında törətdiyi soyqırımları, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən “Azərbaycan Həqiqətləri” filmləri kataloqunu və materialları sabiq baş nazirə təqdim edib. Ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu deyən Latviyanın sabiq baş naziri Laimdota Straujuma Azərbaycanla bağlı gözəl fikir və duyğularını söyləyib. Görüş zamanı eyni zamanda Azərbaycanda qadın haqları, qadınların cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi də aparılıb.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Zaqatalaya yeni qazi təyin edildi

%d bloqqer bunu bəyənir: