Loading...
Loading...

‘Qəbələ’nin kapitanı: ‘Anderlext’lə oyuna 3 xal üçün çıxacağıq’

“Anderlext”lə oyunda biz də iddialıyıq, meydana 3 xal üçün çıxacağıq”.

“Report” xəbər verir ki, bu sözləri sentyabrın 15-də Belçikada Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Anderlext”lə keçiriləcək oyun öncəsi “Qəbələ”nin kapitanı Rəşad Sadiqov deyib.

Təcrübəli yarımmüdafiəçi oyunun çətin alınacağını bildirib.

“Bu komandanın necə təcrübəli olması hamıya məlumdur. Onlar Çempionlar Liqası və Avropa Liqasının qrupunda kifayət qədər çıxış ediblər. Buna baxmayaraq, biz də iddialıyıq. Meydana 3 xal üçün çıxacağıq. Çalışacağıq ki, qalib gələk. Bakıya ən azı xalla dönmək niyyətindəyik. Qrup mərhələsində ilk oyunumuzdur. Yaxşı nəticə ilə başlamalıyıq ki, davamı da gəlsin”.
Qeyd edək ki, Brüsseldəki “Konstant van den Stok” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

“Mançester Yunayted” Avropa Liqasında oynamaq istəmir”

%d bloqqer bunu bəyənir: