Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
qebele2

“Qəbələ” “Real”dan öndə

Avropa ölkələrinin milli çempionatlarında 33 klub yoluna məğlubiyyətsiz davam edir. Apasport.az saytının məlumatına görə, onların arasında “Qəbələ” və “İnter” də var.

Topaz Premyer Liqasının ilk 10 turunda “qırmızı-qaralar” və “bankirlər” məğlubiyyət üzü görməyiblər. “Böyük beşlik” ölkələrində (İngiltərə, İspaniya, Almaniya, İtaliya, Fransa) cəmi 6 elita təmsilçisi rəqibinə sevinmək imkanı verməyib. Bunlar “Real”, “Bavariya”, “Tottenhem”, “Leypsiq”, “Hoffenhaym” və “Nitsa”dı. Onlardan “Real” və “Tottenhem” də Azərbaycan klubları kimi, 10 matçda buna nail olublar. Maraqlıdır ki, “Tottenhem” “İnter”lə, “Real” isə “Qəbələ” ilə eyni sayda xal toplayıb. “Qəbələ” hətta top fərqinə görə “kral klubu”nu üstələyir. Roman Qriqorçukun yetirmələrində top fərqi +22-disə, Zinəddin Zidanın komandasında +18-ə bərabərdir.

Məğlub olmayan 33 klub ümumilikdə 23 ölkəni təmsil edir. Həmin 33 komandadan cəmi 2-si, ümumiyyətlə, xal itkisinə məruz qalmayıb. Bunlar TNS və “Europa”dır. Fərq ondadır ki, Uels klubu ilk 13, Cəbəllütariq təmsilçisi isə 5 turda qələbələri sıralayıb.

“Qəbələ” məğlubedilməzlər arasında ən az qol buraxan komandalardan biridir. “Europa” 5 oyunda 2 top buraxıbsa, APOEL 9 tur ərzində bu qədər qola üzülüb. AEL, “Kukesi” və “Dudelanj” keçirdikləri 9 matçda 3 dəfə topu tordan çıxarıblar. “Qəbələ” isə “Benfika”, AEK, “Lusitanos” və “UE Santa Koloma” ilə birlikdə 4 qol buraxıb. Ancaq “qırmızı-qaralar” digərlərindən daha çox oyun keçiriblər.

Milli çempionatların məğlubiyyətsiz klubları:

15 turdan sonra
“Kopenhagen” (Danimarka) – 35 xal

14 turdan sonra
“Riyeka” (Xorvatiya) – 38

13 turdan sonra
TNS (Uels) – 39
“Bazel” (İsveçrə) – 35
“Şaxtyor” (Ukrayna) – 35

12 turdan sonra
“Levski” (Bolqarıstan) – 28
“Vardar” (Makedoniya) – 28
“Zenit” (Rusiya) – 28

11 turdan sonra
“Nitsa” (Fransa) – 29
“Feyenord” (Hollandiya) – 29

10 turdan sonra
“Seltik” (Şotlandiya) – 28
“Qəbələ” (Azərbaycan) – 24
“Real” (İspaniya) – 24
“İnter” (Azərbaycan) – 20
“Tottenhem” (İngiltərə) – 20

9 turdan sonra
“Benfika” (Portuqaliya) – 25
AEK (Kipr) – 25
APOEL (Kipr) – 23
AEL (Kipr) – 21
“Samtredia” (Gürcüstan) – 21
“Kukesi” (Albaniya) – 17
“Bavariya” (Almaniya) – 23
“Dudelanj” (Lüksemburq) – 23
“Başakşəhər” (Türkiyə) – 23
“Leypsiq” (Almaniya) – 21
“Fola” (Lüksemburq) – 21
“Differdanj” (Lüksemburq) – 21
“Beşiktaş” (Türkiyə) – 21
“Hoffenhaym” (Almaniya) – 19

6 turdan sonra
“Sent-Julia” (Andorra) – 14
“Lusitanos” (Andorra) – 14
“UE Santa Koloma” (Andorra) – 12

5 turdan sonra
“Europa” (Cəbəllütariq) – 15

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

“Qəbələ”nin hücumçusu zirvədə – Messini də qabaqladı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: