Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Qəbələ”-“Lill” oyununu ruslar idarə edəcək

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Qəbələ” ilə “Lill” (Fransa) komandaları arasında keçiriləcək cavab oyununu rusiyalı hakimlər briqadası idarə edəcək.

24saat.org AZƏRTAC-a istinadən bildirir ki, avqustun 4-də oynanılacaq görüşün baş hakimi Aleksey Yeskovdur. Ona yan xətt hakimləri Dmitri Mosyaqin və İqor Demeşko kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Vladimir Moskalev yerinə yetirəcək.

Matç saat 21:00-da “8-ci kilometr” qəsəbə stadionunda başlayacaq.

İyulun 28-də Lill şəhərində komandalar arasında keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Qarabağ” uduzdu, “pley-off”a çıxdı

%d bloqqer bunu bəyənir: