Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Qəbələ” fransız klubuna 5:0 qalib gəlmək istəyir

“Sabahkı oyunun nəticəsi bizim hücumda necə oynamağımızdan asılı olacaq”.

Bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının III təsnifat mərhələsində Fransanın “Lill” klubu ilə keçiriləcək cavab görüşüöncəsi təşkil olunmuş mətbuat konfransında deyib.

Ukraynalı baş məşqçi oyunda hücum futbolu görmək istədiklərini və bu istiqamətdə də çalışdıqlarını bildirib. “Həmişə əks-hücuma üstünlük vermirik. Əsasən mövqe hücumunu seçirik. Karyeram ərzində futbolçulara “A və ya B variantı var” demirəm. Üstünlüyümüz rəqibin hücumu zamanı zəif tərəfləri istiqamətdə hərəkət etmək ola bilər. Ederin səviyyəsinə bələdik. Ancaq rəqibin heyətində başqa təhlükəli futbolçular da var. Bu səbəbdən yalnız Ederə görə oyunumuzu dəyişən deyilik. “Lill”in daha çox cinahlarda üstünlüyə malik olmasını düşünmürəm. Sadəcə, Fransadakı ilk oyunda belə alındı. Cinahlarda rəqibə boş zonalar verməməliyik. Düzdür, rəqib sürətli və yüksək səviyyəli oyunçulara sahibdir. Bir neçə ay ərzində maksimum hazırlaşmışıq demək düzgün olmaz. Ancaq ümumi komandada motivasiya yüksəkdir və öyrənmə qabiliyyətləri yüksəkdir. Rəqiblər dəyişir, amma arzular yox. Həmişə 5:0, 6:0 hesablı qələbə qazanmaq istəyirik”.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

”Bizə mane ola biləcək bir şey varsa, o da ‘Qəbələ’di” – ”Lill”in baş məşqçisi

%d bloqqer bunu bəyənir: