Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Qəbələ” Fransa nəhəngi ilə sülh bağladı

“Qəbələ” Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununu keçirib.

24saat.org apasport.az-a istinadən xəbər verir ki, “qırmızı-qaralar” Fransanın “Lill” klubu ilə qarşılaşıb.

Roman Qriqorçukun yetirmələri çətin Fransa sınağından heç-heçə ilə ayrılmağı bacarıblar – 1:1. Səfərdə oynayan təmsilçimiz mövsümün əvvəlki 4 görüşündə göstərdiyi məhsuldarlığı bu dəfə də davam etdirib. Bütün matçlarda qol sevinci yaşayan “Qəbələ” bu dəfə hesabı 13-cü dəqiqədə açıb. Nika Kvekveskirinin ötürməsindən sonra Vitali Vernidub meydan sahiblərini məyus edib. Fransalılar yalnız ikinci yarıda hesabı bərabərləşdirib. Fasilədən az sonra Rayan Mendeş fərqlənib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 4-də Bakıda keçiriləcək.

Avropa Liqası

III təsnifat mərhələsi

İlk oyun

28 iyul

“Lill” (Fransa) – “Qəbələ” (Azərbaycan) – 1:1

Qol: Vitali Vernidub, 12, Mendeş, 47

Baş hakim: Daniel Stefanski

Baş hakimin köməkçiləri: Rafal Rostkovski, David İqor Qolis

Dördüncü hakim: Zbiqniev Dobrinin (hamısı Polşa)

Hakim-inspektor: Frank de Bleker (Belçika)

UEFA nümayəndəsi: Pavel Kolev (Bolqarıstan)

Lill. “Metropol” stadionu

“Lill”: 1. Vinsent Enyeama, 2. Sebastyan Korçia, 5. Renato Çivelli, 8. Munir Obbadi, 10. Morqan Amalfitano, 11. Erik Bautok, 12. Yulian Palmieri,17. Markos Lopes, 20. Rayan Mendeş, 24. Rio Mavuba (k), 25. Marko Başa

Ehtiyat oyunçular: 16. Mayk Malqnan, 6. İbrahim Amadu, 9. Yassin Benzia, 15. Lenni Nanyis, 18. Frank Beria, 23. Adama Soumaoro, 31. İv Bissuma

Baş məşqçi: Frederik Antonetti

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 11. Asif Məmmədov, 13. Murad Musayev, 32. Rəşad Eyyubov, 34. Urfan Abbasov, 44. Rafael Santos

Baş məşqçi: Roman Qriqorçuk

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Rihanna “Qəbələ”yə belə mane oldu

%d bloqqer bunu bəyənir: