Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Qəbələ” ardıcıl ikinci dəfə Avroliqanın qrupunda

Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir. Qaynarinfo.Az xəbər verir ki, təmsilçimiz “Qəbələ” cavab matçına səfərdə çıxıb.

“Qırmızı-qaralar” Sloveniyada “Maribor”un qonağı olub. İlk oyunda 3:1 hesabı qələbə qazanan “Qəbələ” səfərdə məğlub olub – 0:1. Buna baxmayaq, təmsilçizmiz ardıcıl ikinci dəfəq qrup mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, ardıcıl ikinci dəfə qrup mərhələsində iki komandamız qrupda çıxış edəcək. Bundan əvvəl “Qarabağ” İsveçin “Göteborq” klubunu mübarizədən kənarlaşdıraraq qrupa düşüb.

Avropa Liqası
Pley-off
Cavab oyunu

25 avqust
Maribor (Sloveniya) – Qəbələ (Azərbaycan) 1:0
Qol: Tavares, 66.
Maribor: 33. Jasmin Handanoviç, 3. Erik Yanza, 4. Marko Şuler, 5. Blaz Vrhoveç (24. Marvan Kabha, 46), 6. Aleks Pihler (8. Sintayehu Sallaliç, 63), 9. Tavares, 11. Milivoye Novakoviç, 22. Dare Vrişiç, 35. Rodriqo Defendi (20. Qreqor Bayde, 85), 39. Damyan Bohar, 44. Denis Sme.
Ehtiyat oyunçular: 69. Matko Obradoviç, 14. Sanni Omoregiye, 28. Mitya Viler, 70. Aleş Mertelj.
Baş məşqçi: Darko Milaniç.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov (11. Asif Məmmədov, 86), 15. Viatli Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo (32. Rəşad Eyyubov, 90+6, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 33. David Poetrzkeviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 13. Murad Musayev, 34. Urfan Abbasov.
Baş məşqçi: Roman Qriqorçuk.
Sarı vərəqələr: Erik Yanza, 49. Aleks Pihler, 60. Denis Sme, 65. Marvan Kabha, 67 – Viatli Vernidub, 38. Filip Ozobiç, 89.
Qırmızı vərəqə: Teo Uiks, 69.
Hakimlər: Viktor Kaşşai, Qyorgi Rinq, Vençel Tot, Tamaş Boqnar (Macarıstan).
Hakim-isnpektor: İqor İşenko (Ukrayna).
UEFA nümayəndəsi: Kris Bonet (Malta).
Maribor. “Lyusdki Vrt” stadionu.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

BAXCP sədri “Qəbələ” və “Qarabağ” klublarını təbrik edib

%d bloqqer bunu bəyənir: