Now Reading:
Qəzada yaralananların çoxu məktəblidir – Siyahı
Full Article 1 minutes read

Qəzada yaralananların çoxu məktəblidir – Siyahı



Sabirabadda yük avtomobili avtobusla toqquşub.

Hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralında, Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində qeydə alınıb. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb, bir azyaşlı ölüb. Ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Sabirabad rayonunda yük avtomobilinin avtobusla toqquşması nəticəsində ölən və xəsarət alanların adları məlum olub.

Ölən azyaşlının 2005-ci il təvəllüdlü Həsənov Vüsal Elman oğlu olduğu bildirilir.

Xəsarət alanlar 2005-ci il təvəllüdlü Həsənov Rəşad Elman oğlu, 2000-ci il təvəllüdlü Həziyeva Şəmsiyyə Qənimət qızı, 2007-ci il təvəllüdlü Ağayev Ağamirzə Mehman oğlu, 2004-cü il təvəllüdlü Əliyev Vüsal Murad oğlu, 1980-ci il təvəllüdlü Şirməmmədova Aybəniz Bəxtiyar qızı, 1999-cu il təvəllüdlü Həziyev İlham Rəhman oğlu, 2002-ci il təvəllüdlü Mirzəyev Rəhman Əziz oğlu, 1964-cü il təvəllüdlü Balakişiyev Vahid Bəxtiyar oğlu, 2005-ci il təvəllüdlü Mehdiyev Rüfət Samir oğludur.

Onlardan üç nəfərə ambulator yardım göstərilib, əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralında, Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.(apa)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: