Advertisements
24 saat

Qəribə olay: Məhbus məhkəmə zalından qaçdı


Gürcüstanın Rustavi şəhərində məhbus məhkəmə zalının gözləmə otağından qaçıb.

Əlində plastilindən düzəldilmiş saxta “qumbara” tutan məhbus məhkəmə binasına çağırılan təcili yardım briqadasını və onu gətirən konvoyu qorxudaraq özünü pəncərədən ataraq qaçıb. Dəqiqləşdirilməmiş məlumata görə, onu məhkəmə ərazisində naməlum avtomobil gözləyirmiş. Hazırda qaçan məhbusun axtarışı davam edir.

Hadisə ilə bağlı Gürcüstanın cəzaçəkmə və probasiya nazirliyi bəyanat yayımlayıb. Bəyanatda bildirilir ki, O.Q. adlı məhbus ittiham olunmaq üçün Rustavi Şəhər Məhkəməsinə aparılıb və məhkəmə prosesinədək məhbusun halı pisləşdiyindən təcili yardım briqadası çağırılıb. Tibb briqadası gəldikdən sonra məhbus qaçmağı bacarıb.

Məhbusun kimliyi və hansı maddə üzrə ittiham olunması barədə məlumat verilmir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: