Advertisements
24 saat

Qəddafidən sonrakı durumu düşünmədik – Obama

ABŞ Prezidenti Barak Obama Ağ Evdə təşkil olunan mətbuat konfransında ölkəsinin Liviyada apardığı hərbi əməliyyatlardan danışıb.

Obama İŞİD-i Liviyadan çıxarmaq və burada sabitliyi bərpa etmək üçün bölgədə hava əməliyyatları başlatdıqlarını bildirib. O, məhz Liviya hökumətinin bunu ABŞ-dan istədiyini qeyd edib.
ABŞ prezidenti İŞİD-in Liviyada güclənməsinin Müəmmər Qəzzafinin devrilməsi ilə bağlı olub-olmaması sualına belə cavab verib:
“Biz həmin vaxt Liviyada qətliamın qarşısını almaq üçün nə lazım idisə, onu da etdik. Lakin heç birimiz Liviyanın gələcəyini, burada əsaslı bir sistemin qurulması və ölkə təhlükəsizliyinin təmin olunması məsələsini yetərincə düşünmədik”.(Axar.az)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: