Advertisements
24 saat

“Qəbələ” ciddi itki


Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Kəpəz”i 2:0 hesabı ilə məğlub edən “Qəbələ” heyətində itki ilə üzləşmişdi.

Qafqazinfo xәbәr verir ki, sözügedən matçda xəsarət alan “qırmızı-qaralar”ın yarımmüdafiəçisi Rəşad Sadiqov bu gün tibbi müayinədən keçib.

Həkimlərin rəyinə görə sağ ayağından zədələnərək meydanı xərəklə tərk edən komanda kapitanı növbəti turdakı “İnter”lə matçda qəbələlilərə kömək edə bilməyəcək. Vəziyyəti isə hələ bəlli deyil. Onun avqustun 18-də “Maribor”la (Sloveniya) Avropa Liqasının pley-off oyununda meydana çıxıb-çıxmayacağı isə hələlik bilinmir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: