“Qəbələ” Azərbaycana xal qazandırdı


UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı məlumata görə, Avropa Liqasının pley-off mərhələsinin dünən keçirilən 21 oyunundan sonra siyahıda müəyyən dəyişiklik olub.

“Qəbələ”nin “Maribor”a qalib gəlməsii (3:1) ölkəmizə 0.250 xal qazandırıb. Bununla da cari mövsüm toplanan xalımız 2,750-ə çatıb.

Son 5 mövsümün nəticələrinə görə 16,250 xalı olan Azərbaycan isə 24-cü pillədəki yerini qoruyub.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Taekvondoçularımız Rioda 1/4 finala yüksəldi

%d bloqqer bunu bəyənir: