Now Reading:
‘Qəbələ’ Almaniyanın “Maynts” klubuna məğlub oldu
Full Article 40 second read

‘Qəbələ’ Almaniyanın “Maynts” klubuna məğlub oldu


“Qəbələ” Avroliqanın qrup mərhələsi çərçivəsində bu gün növbəti görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Bakıda Almaniyanın “Maynts” klubunu qəbul ediblər.

İlk turda səfərdə “Anderlext”lə bacarmayan “Qəbələ”ni bu dəfə də çətin sınaqla üzləşib. Cari mövsümdə Avroliqanın hər 4 təsnifat mərhələsində doğma meydanda qalibiyyətə sevinən “Qəbələ” ənənəni davam etdirə bilməyib: Roman Qriqorçukun yetirmələri 2:3 hesabı ilə məğlub olublar.

Təmsilçimiz bu görüşə itkilərlə çıxıb. Belə ki, cəzalı Teo Uiks və zədəli Nika Kvekveskiri “qırmızı-qaralar”a vacib qarşılaşmada kömək edə bilməyib.

Avropa Liqası
Qrup mərhələsi
II tur
C qrupu

“Qəbələ” – “Maynts” (Almaniya) – 2:3
Qollar: Ruslan Qurbanov, 57 (pen.), Zenyov, 62 – Muto, 42, Kordoba, 68, Levin Öztunalı, 78

Baş hakim: Gediminas Majeyka

Bakı. 8-ci km qəsəbə stadionu

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: