Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Putinin zəngi məni çox sevindirdi” – 259 günlük küsülülüyə son

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Ərdoğanı Konstantinov sarayında qarşılayıb.

24saat.org  Rusiya KİV-ə istinadən xəbər verir ki, təyyarənin vurulması olayından sonra ilk dəfə olaraq baş tutan görüşdə Putin iki ölkə arasındakı əlaqələrə toxunub və bildirib ki, Su-24 insidentindən sonra münasibətlər pisləşmişdi, lakin Türkiyə prezidentinin səfəri dialoqun yenilənməsindən xəbər verir.
Rusiya dövlət başçısı iyulun 15-i baş tutan hərbi çevriliş cəhdi ilə bağlı danışıb və qeyd edib ki, Rusiya hər zaman konstitusiyaya zidd istənilən davranışlara qarşı olub.
Putin, həmçinin əlavə edib ki, Türkiyədə baş verən dövlət çevrilişinə cəhd olaylarından sonra Ərdoğana zəng edərək yardımını təklif edən ilk dünya liderlərindən olub:
“Mən prezidentə zəng edərək dövlət çevrilişi ilə əlaqəli siyasi böhranın aradan qaldırılması üçün yardım kəlməsini işlədən ilk liderlərdən olmuşam”.
Ərdoğan isə əlavə edib ki, çevriliş cəhdindən sonra Putinin zəngi onu və həmkarlarını çox sevindirib.

“Putinin zəngi məni çox sevindirdi” -  259 günlük küsülülüyə son

24saat.org
Loading...

Mehman Hüseynov bu dəfə Səlim Müslümovun imarətini çəkdi – VİDEO

Sonrakı Yazı »

Turqut Özalı Fətullah Gülən öldürüb?

%d bloqqer bunu bəyənir: