Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Putinin sevinci, Britaniyanın batan günəşi…- GÜNÜN XÜLASƏSİ

Nəhayət, Avropanın qorxduğu başına gəldi. Böyük Britaniyanın Avropa Birliyi ilə “evliliyi” başa çatdı. Bu günün gündəmi də məhz referendumun nəticələrinə beynəlxalq reaksiyalar oldu.

Böyük Britaniya Avropa Birliyinə “YOX” dedi

Böyük Britaniyada keçirilən Avropa Birliyində qalıb-qalmamaqla bağlı referendumun nəticələri açıqlandı.Səsvermədə iştirak edən seçicilərin 52 faizi Britaniyanın AB-dən çıxmasına, 48 faizi isə qalmasına səs verib. Beləliklə, Britaniya qurumu tərk edir.

Bununla da Böyük Britaniya AB-dən ilk ayrılan ölkə kimi tarixə düşəcək.

Domino effekti”: Daha iki ölkədən AB-ni tərk etmək ÇAĞIRIŞI

Böyük Britaniyanın Avropa Birliyindən (AB) çıxması ilə daha iki AB ölkəsindən analoji çağırış gəlib.Miqrantların AB-yə buraxılmasının ən qatı əleyhdarlarından olan Hollandiya Azadlıq Partiyasının lideri Qert Vilders referendumun keçirilməsini təklif edib. “Ölkəmizin, pulumuzun, sərhədlərimizin və miqrant siyasətimizin nəzarətimiz altında olmasını istəyirik”, – siyasətçi deyib.

Milli Cəbhə Partiyasının lideri Marin Le Pen Fransada “Frexit”in keçirilməsini təklif edib. “Azadlıq qalib gəldi! İndi Fransa və Avropa Birliyinin başqa ölkələrinə analoji referendumlar lazımdır”, – siyasətçi bildirib.

Bundan başqa, Fransanın ultrasağçı Milli Cəbhə Partiyasının sədr müavini Florian Filippot “Twitter” hesabından yazdığı şərhində Britaniyanın AB-dən çıxmasını dəstəkləyib.

Britaniyada növbəti referendum – Krallıq parçalanır

“Böyük Britaniyanın Avropa Birliyindən (AB) çıxması Şimali İrlandiyanın İrlandiya ilə yenidən birləşməsi haqqında referendumun keçirilməsi üçün əsas olacaq”. Bu haqda Şimali İrlandiyanın ən böyük millətçi partiyası olan “Şinn Fayn”ın sədri Deklan Kirni deyib.

Qeyd edək ki, 1921-ci ilin dekabrında Böyük Britaniya və İrlandiya arasında sülh müqaviləsi imzalanıb və İrlandiya dominion statusu (əvvəllər Britaniya imperiyasının, daha sonra Millətlər Birliyinin tərkibindəki faktiki müstəqil dövlətlərin hüquqi statusu – red.) alıb. 1949-cu ildə isə İrlandiya tam müstəqillik əldə edib. Şimali İrlandiya isə həmin vaxt Böyük Britaniyanın tərkibində qalıb.

Britaniya parçalanır: Şotlandlar AB-yə qayıdır

Londona daha bir ayrılıq təhdidi isə Şotlandiyadan gəlib.Şotlandiyanın baş naziri Nikola Stercen bildirb ki, şotlandlar referendumda Britaniyanın AB-nin tərkibində qalmasına səs veriblər. “Bizi AB-dən ayrılmağa məcbur edə bilməzlər. Əgər məcbur etsələr, o zaman müstəqilliklə bağlı referendum keçirəcəyik”, – baş nazir deyib.

“Brexit” Rusiyanı sevindirəcək – 2017-ci ildə sanksiyalar…

“Böyük Britaniyanın Avropa Birliyindən (AB) çıxması Rusiyaya qarşı tətbiq olunan sanksiyaların 2017-ci ildə tədricən ləğvinə səbəb olacaq”. Bunu Ukraynanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin başçısı Vladimir Ariyev deyib.

Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond isə BBC-yə açıqlamasında bildirib ki, Britaniyada keçirilən referendumun nəticələrinə Rusiya prezidenti Vladimir Putin sevinəcək. Onun sözlərinə görə, britaniyalılar sanksiyaların yumşalması perspektivinə səs veriblər.

Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov isə deyib ki, Böyük Britaniyanı İtaliya, Fransa və Niderland izləyəcək.
“Mən referendumun nəticələrindən şəxsən razıyam. Düşünürəm ki, növbədə Niderland, Fransa və İtaliya olacaq. Onlar bildirdi ki, Amerika “böyük qardaş”dır, amma biz bununla belə öz ölkəmizi lazım bildiyimiz kimi idarə edəcəyik. Britaniya öz iradəsini kifayət qədər qətiyyətlə nümayiş etdirdi”, – o, vurğulayıb.

Ankaradan referendum şərhi: “Dağılma prosesi başladı”

Rəsmi Ankara Böyük Britaniyada dünən keçirilən referendumun nəticələrini şərh edib. Baş nazirin köməkçisi Nurəddin Canikli Avropa Birliyində dağılma prosesinin başlandığını deyib. “Avropa Birliyinin dağılma prosesi başlandı, gəmini ilk tərk edən İngiltərə oldu”, – baş nazirin köməkçisi “Twitter” hesabında yazıb.

Putinlə Sarkisyan razılaşdı: silahlar İrəvana göndərilir

Serj Sarkisyan Sankt-Peterburqa səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə Ermənistana silahın çatdırılması ilə bağlı razılaşıb. Bu barədə parlamentin vitse-spikeri Eduard Şarmazanov deyib.

Qeyd edək ki, ötən il İrəvanda Rusiyaya qarşı keçirilən “elektromaydan” hadisələrindən sonra Kreml erməniləri sakitləşdirmək üçün 200 milyon dollar silahın kredit şəkilində verilməsi ilə bağlı müqaviləyə imza atmışdı. Lakin indiyə qədər nəzərdə tutulan həmin silahlar verilməyib.

Papa Ermənistanda

Roma Papası Fransisk bu gün Ermənistana gəlib. Serj Sarkisyan Papanı hava limanında ərik və lavaşla qarşılayıb. Emənistanın bu addımı “erməni lavaşı” iddialarını legitimləşdirmək kimi qiymətləndirilir.

Krallıq parçalanır – İspaniya müharibəyə hazırlaşır?

Birləşmiş Krallıq üçün qara günlərin başlandığı bir vaxtda İspaniya Cəbəllütariqlə bağlı təklif verib. “Bizim formulumuz Cəbəllütariq üzərində bir müddət Britaniya-İspaniya birgə nəzarətinin tətbiq edilməsi, müəyyən müddətdən sonra isə Cəbəllütariqin yenidən İspaniyanın nəzarətinə keçməsidir”, – İspaniya radiosuna danışan İspaniyanın xarici işlər naziri Joze Manuel Qarsiya-Marqallo deyib.

Putin Kamerona “mədəniyyətsiz” dedi

Rusiya prezidenti Vladimir Putin Böyük Britaniyanın baş naziri Devid Kameronun siyasi mədəniyyətinin aşağı olduğunu deyib.Qeyd edək ki, Britaniyanın baş naziri ölkənin Avropa Birliyindən çıxmasından Putinin xoşbəxt olacağını söyləyib.

PKK-dan XAİN pusqu – 6 şəhid

PKK terrorçularının hücumları nəticəsində Türkiyə daha altı şəhid verib.Mardin vilayətinin Derik mahalında hərbi bölüyün pusquya salınması nəticəsində bir çavuş ilə bir zabit şəhid olub. Hakkari vilayətinin Çuxurca mahalında isə PKK terror təşkilatının yola yerləşdirdiyi bombanın partlaması nəticəsində 4 əsgər şəhid olub.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

“Qarabağ müharibəsi fəlakət gətirəcək”

%d bloqqer bunu bəyənir: