Putinin qatıldığı tədbirdə biabırçılıq – PREZİDENT GENERALI CƏZALANDIRILACAQMI?

Soçidə prezident Vladimir Putinin iştirakı ilə Rusiya Silahlı Qüvvələrinin yeni hərbi texnikasının nümayişi keçirilib.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Putin “Vaz Patriot” avtomobilinin salonuna baxış keçirmək istəyib. Bu zaman Müdafiə Nazirliyi Tank-Avtomatlaşdırma İdarəsinin rəisi, general Aleksandr Şevçenko prezident üçün maşının qapısını açmaq istəyib.

Lakin o, ilk cəhddən qapını aça bilməyib. Buna görə də qapının dəstəyindən bərk yapışıb, elə o anda da dəstək qırılaraq əlində qalıb.

Daha sonra mütəxəssislər bildiriblər ki, avtomobil avtomatik olaraq bağlanıb. Onu sadəcə blokdan çıxarmaq lazım imiş.

Jurnalistdən Rauf Arifoğluna şok ittiham

Sonrakı Yazı »

Ermənistan ordusunda ara qarışdı – Həbslər başladı

%d bloqqer bunu bəyənir: