Loading...
Loading...
qarabaq.jpg

Putinin Qarabağ SİRRİ – Amerika kəşfiyyatı detalları açıqladı

Rusiyanın Ermənistana “İsgəndər-M” raketlərini verməsi onu göstərdi ki, Kreml Qarabağda yeni müharibəni istəmir.

Bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” hesab olunan “Stratfor” beyin mərkəzi yazıb.

Mərkəz yazır ki, bu raket kompleksini Ermənistana verən Rusiya bölgədə güc balansını saxlamağı düşünür: “Rusiya bölgədə hərbiləşmədən yanadır, lakin o, müharibə istəmir. Aprel müharibəsində Azərbaycan öz gücünü göstərdi. İndi hesab olunur ki, “İsgəndər-M” raket kompleksi Azərbaycanı təmkinli olmağa vadar edəcək”.

“Stratfor” Ermənistanın “İsgəndər-M”-lərdən istifadə edə biləcəyini düşünür.

“Lakin buna şəraitin yaranmasına imkan verilməyəcək. Rusiyanın məqsədi də odur ki, bölgədə balans qorunsun və yeni müharibə baş verməsin”.

Qeyd edək ki, Publika.az-ın “İsgəndər-M” raket kompleksinin Ermənistana verilməsi ilə bağlı təhlilində də Rusiyanın Azərbaycanı yeni müharibədən çəkindirmək məqsədi qeyd olunurdu.

Çünki; aprel müharibəsi göstərdi ki, Azərbaycan ərazilərini azad etmək üçün istənilən vaxt silaha əl ata bilər. Bu isə bölgədə tarazlığın pozulması və Rusiyanın regiona dair planlarının alt-üst olması deməkdir. “İsgəndər-M” silahlarının İrəvan küçələrinə çıxarılması Azərbaycana “müharibəni rəfə qaldır” mesajıdır.

Ekspertlər də Rusiyanın münaqişəni tam həll etmək niyyətində olmadığını hesab edir.

Moskva aprel müharibəsindən sonra təklif edir ki; işğal olunmuş rayonların beşi ilkin mərhələdə qaytarılsın. Sonra iki rayonun qaytarılması prosesi həll olunsun. Qarabağa rus sülhməramlıları daxil olsun, onların nəzarəti altında qaçqınların qayıdışı və bölgənin statusu məsələsi həll edilsin.

Rusiya yalnız öz sülhməramlılarının bölgəyə daxil olması şərti ilə münaqişənin həllinə razı görünür. Bunun Bakının maraqlarına cavab verdiyi sual altındadır.

İndi “İsgəndər-M”-in Ermənistana verilməsi göstərir ki, Rusiya Bakının ərazi bütövlüyünü bərpa etmək üçün etdiyi təzyiqin qarşısını almaq niyyətindədir. Bölgədə sabitlik olacağı təqdirdə, “sülhməramlı planı” daha rahat şəkildə həyata keçirilə bilər. Hesab etmək olar ki, bu, öz planlarını həyata keçirmək istəyən Kremlin son manevrdir. Bundan sonra bölgədə yeni müharibənin olub-olmayacağını isə zaman göstyərəcək.(publika.az)

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Rusiyanın Azərbaycana qarşı «raket oyunu»

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: